Əl-Maidə surəsi · 100-cu ayə

De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir.» Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xalqa) de ki, xəbisin (napakın) sayı səni heyrətə gətirsə də xəbislə (napakla) pak eyni deyil. Ey düşüncə sahibləri! Allahdan qorxun, bəlkə nicat tapasınız.”
Nöqtələr
Paklıq və napaklıq həm var-dövlətə, həm qazanca, həm qidalara, həm də müxtəlif əşyalara aiddir.
Bildirişlər
1. Dəyər ölçüsü çoxluq və ya azlıq yox, haqq və batildir.
2. Çoxluq aldadıcıdır, ehtiyatlı olaq. (Çoxluq nə haqlılıq, nə də üstünlük nişanəsidir.)
3. Rüsvayçılıqdan qurtarmaq üçün xalqa uyğunlaşmaq Quran məntiqi deyil.
4. Təqvasızlıq düşüncəsizlik nişanəsidir.
5. Pakı xəbisdən (napakdan) seçmək, təqvalı olmaq, cəmiyyətin hay-küyünə təslim olmamaq düşüncə sahiblərinin işidir.
6. Qurtuluş ağıl və düşüncədən əlavə ilahi təqvaya ehtiyaclıdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 100-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 100-cu ayəsi nə haqqındadır?
De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir.» Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.
Əl-Maidə surəsi 100-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 100-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 100-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 100-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 100-cu ayənin təfsiri nədir?
"(Xalqa) de ki, xəbisin (napakın) sayı səni heyrətə gətirsə də xəbislə (napakla) pak eyni deyil. Ey düşüncə sahibləri! Allahdan qorxun, bəlkə nicat tapasınız.” Nöqtələr Paklıq və napaklıq həm var-dövlətə, həm qazanca, həm qidalara, həm də müxtəlif əşyalara aiddir. Bildirişlər 1. Dəyər ölçüsü çoxluq və ya azlıq yox, haqq və batildir. 2. Çoxluq aldadıcıdır, ehtiyatlı olaq. (Çoxluq nə haqlılıq, nə də üstünlük nişanəsidir.) 3. Rüsvayçılıqdan qurtarmaq üçün xalqa uyğunlaşmaq Quran məntiqi deyil. 4. T...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.