Əl-Maidə surəsi · 103-cü ayə

Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah heç bir bəhirə (qulağı çərtilmiş heyvan), saibə (çox doğub törədiyindən azad buraxılmış heyvan), vəsilə (dişi ilə birlikdə ekiz doğulmuş heyvan), ham (cütləşmə üçün on dəfə istifadə olunmuş dəvə) haqqında hökm verməmişdir. (Və sizə onlardan istifadəni qadağan etməmişdir.) Amma kafirlər Allaha iftira yaxırlar və onların çoxu düşüncə əhli deyil.”
Nöqtələr
Allaha düzgün və ağılabatan yolla yaxınlaşmaq lazımdır. Qeyri-ilahi yolla Allaha yaxınlaşmaq olmaz.
Cahil xalq elə düşünürdü ki, yuxarıda adı sadalanan heyvanları azad buraxmaqla bütlərə yaxınlaşacaq. Belə bir münasibətlə indi də Hindistanda rastlaşmaq olur. Bəziləri inəyə xüsusi hörmət bəsləyir.
Rəvayətdə bildirilir ki, "bəhirə” beş dəfə doğmuş və beşinci balası dişi olduğundan qulağı çərtilmiş dəvəyə deyilir. Cahil xalq belə dəvənin ətini haram sayırdı. 
İmam Sadiq (ə) buyurmuşdur: "Cahiliyyət dövründə dəvə ekiz doğulanda ona "vəsilə” deyirdilər. Onu kəsməyi, ətini yeməyi "haram” sayırdılar. Dəvə on dəfə balaladıqda onu "saibə” adlandırırdılar. Belə bir heyvana minməyi, onun ətini yeməyi haram bilirdilər. Cütləşmə üçün istifadə olunan dəvəni "ham” adlandırır və onun da kəsilməsini haram bilirdilər. 
Bildirişlər
1. Dini xurafat və bidətlərdən təmizləmək lazımdır.
2. Nə qədər ki, bir heyvan haqqında haram hökmü verilməyib, o, halal sayılmalıdır.
3. Malı tələf etmək və ya heyvanı başına buraxmaq Allaha qarşı iftira və haramdır. (Heyvanı azad buraxmaq və ya istifadəsini qadağan etmək caiz deyil. Belə bir halda insanın başlı-başına buraxılmasından danışmağa belə dəyməz.)
4. Dində bidət küfrdür. Yalnız Allahı inkar edən yox, Allaha iftira yaxanlar da kafirdirlər.
5. İlahi hökmlərin kökü gerçək ehtiyaclardır. Xurafat isə cəhalət və düşüncəsizlikdən doğur.
6. Əgər cəmiyyətin əksəriyyəti düşüncə əhli olsa, bidətlər inkişaf etməz.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 103-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 103-cü ayəsi nə haqqındadır?
Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə b...
Əl-Maidə surəsi 103-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 103-cü ayənin təfsiri nədir?
"Allah heç bir bəhirə (qulağı çərtilmiş heyvan), saibə (çox doğub törədiyindən azad buraxılmış heyvan), vəsilə (dişi ilə birlikdə ekiz doğulmuş heyvan), ham (cütləşmə üçün on dəfə istifadə olunmuş dəvə) haqqında hökm verməmişdir. (Və sizə onlardan istifadəni qadağan etməmişdir.) Amma kafirlər Allaha iftira yaxırlar və onların çoxu düşüncə əhli deyil.” Nöqtələr Allaha düzgün və ağılabatan yolla yaxınlaşmaq lazımdır. Qeyri-ilahi yolla Allaha yaxınlaşmaq olmaz. Cahil xalq elə düşünürdü ki, yuxarıda...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.