Əl-Maidə surəsi · 104-cü ayə

Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Nə vaxt onlara "Allahın nazil etdiyinə və peyğəmbərə doğru gəlin” deyilirsə, belə cavab verirlər: "Atalarımızı hansı əqidədə görmüşüksə, bizə yetər.” Halbuki onların ataları bir şey bilmirdilər və hidayət olmamışdılar. (Onlar yollarını azmışdılar. Nə üçün onların yolunu getməlidirlər?)
Nöqtələr
Bəlkə də ayə əvvəlki ayədə haqqında danışılan xurafatlara aiddir. Onlara «xurafatdan əl çəkin» deyildikdə atalarının yolunu misal göstərirlər.
Bildirişlər
1. Quran xalqı Allahın və Onun peyğəmbərinin göstərişlərinə ardıcıllığa çağırır.
2. İslamın dəvətinin qəbulu ilahilik və inkişaf səbəbidir. (Ayədəki "təaləv” sözü ülvilik və inkişafa doğru hərəkət mənasını bildirir.)
3. Əsas babaların əqidəsi yox, ilahi əqidədir.
4. Quran təklikdə bəs etmir. Allah rəsulunun sünnəsi, yolu, hökuməti əməl ölçüsüdür.
5. Xurafat əhli, həddi aşan fərdlər haqqı eşitmək gücündə deyil.
6. Əsas nə keçmişə aid əqidələrdir, nə yeniliklər. Əsas elm və hidayətdir.
7. Vicdanımızı özümüzə hakim seçək.
8. Keçmişdəkilərə ədəblə yanaşmaq lazımdır. Onların cahilanə əqidələrinə tabeçilik isə yersizdir.
9. Kor-koranə təqlid düşüncəsizlik nişanəsidir. Əvvəlki ayədə düşüncəsizlikdən, bu ayədə babalara münasibətdə təəssübdən danışıldı.
10. Cahilin cahilə təqlidi mənasızdır.
11. Hidayəti qəbul edən cahil təhlükəsizdir. Əsl təhlükə hidayəti qəbul etməyən cahillərdədir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 104-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 104-cü ayəsi nə haqqındadır?
Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?
Əl-Maidə surəsi 104-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 104-cü ayənin təfsiri nədir?
"Nə vaxt onlara "Allahın nazil etdiyinə və peyğəmbərə doğru gəlin” deyilirsə, belə cavab verirlər: "Atalarımızı hansı əqidədə görmüşüksə, bizə yetər.” Halbuki onların ataları bir şey bilmirdilər və hidayət olmamışdılar. (Onlar yollarını azmışdılar. Nə üçün onların yolunu getməlidirlər?) Nöqtələr Bəlkə də ayə əvvəlki ayədə haqqında danışılan xurafatlara aiddir. Onlara «xurafatdan əl çəkin» deyildikdə atalarının yolunu misal göstərirlər. Bildirişlər 1. Quran xalqı Allahın və Onun peyğəmbərinin gös...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.