Əl-Maidə surəsi · 107-ci ayə

Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər məlum olsa ki, həmin iki (qeyri-müsəlman) şahid günah və xəyanət etmişdir (və andları nahaq olmuşdur), digər iki nəfər (müsəlman, şahidlikdən zərər görmüş, meyitə yaxın olan) qalxıb Allaha and içsinlər ki, bizim andımız o iki nəfərin andından haqqa daha yaxındır. Biz (haqqa) təcavüz etməmişik, əgər belə etsək, şübhəsiz, sitəmkarlardanıq.”
Nöqtələr
"Usirə” sözü casusluqdan xəbərdar olma mənasını bildirir. 
Qeyd etməliyik ki, meyit sahiblərinin şəhadəti və andı səfər və ya qeyri səfərdə, onun mülkü haqqında əvvəlcədən malik olduqları məlumatlara əsaslanır.
"Əvləyani” sözü iki cür mənalandırıla bilər:
a) Zərərlərinə şəhadət vermiş, amma varis olduqlarından meyitə yaxın sayılan iki nəfər;
b) İnsan ölərkən onun yanında olan və onun yanında olduqları üçün öndə sayılan iki şahid. Buna əsasən ayə belə tərcümə olunur: Əgər əvvəlki iki nəfərin günaha batdığı məlum olsa, onların yerinə şəhadət vermək üçün digər iki nəfər seçilsin və həmin iki nəfər əvvəlki iki nəfərin günahından ziyana düşənlər olsun.
Şahidliyi hər iki nəfər və mübarək Allah adı ilə etməlidir. Andın mahiyyəti ayədə deyildiyi kimi olsun. Deyilsin ki, əvvəla bizim andımız doğrudur və biz xalqın haqqını pozmaq məqsədində deyilik. İkincisi, əgər andımız yalandırsa, sitəmə yol verdiyimizi etiraf edirik.
Bildirişlər
1. Sizin kəşfiyyat və xırdaçılığa varmaq haqqınız yoxdur. Amma bir məlumat çatdıqda, vəzifə əvəz olur.
2. Yalan şəhadət xalqın haqqına təcavüz və zülm növüdür.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 107-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 107-ci ayəsi nə haqqındadır?
Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahi...
Əl-Maidə surəsi 107-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 107-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 107-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 107-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 107-ci ayənin təfsiri nədir?
"Əgər məlum olsa ki, həmin iki (qeyri-müsəlman) şahid günah və xəyanət etmişdir (və andları nahaq olmuşdur), digər iki nəfər (müsəlman, şahidlikdən zərər görmüş, meyitə yaxın olan) qalxıb Allaha and içsinlər ki, bizim andımız o iki nəfərin andından haqqa daha yaxındır. Biz (haqqa) təcavüz etməmişik, əgər belə etsək, şübhəsiz, sitəmkarlardanıq.” Nöqtələr "Usirə” sözü casusluqdan xəbərdar olma mənasını bildirir.  Qeyd etməliyik ki, meyit sahiblərinin şəhadəti və andı səfər və ya qeyri səfərdə, onu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.