Əl-Maidə surəsi · 114-cü ayə

Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 114
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"İsa ibn Məryəm dedi: "Pərvərdigara, ey Rəbbim! Bizə səmadan bir süfrə endir ki, indiki və gələcək nəslimiz üçün bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən üstünüsən.”

 

Nöqtələr
Qurandakı dualar adətən, "Rəbb” adı ilə başlayır. Bu ayədə isə həm "Allah”, həm də "Rəbb” müraciətləri ilə rastlaşırıq. Bəlkə də bu iki müraciət məsələnin əhəmiyyətini göstərir.
Bildirişlər
1. İstəklərin yerinə yetməsi üçün Allahın övliyalarına təvəssül (onları vasitə seçmək) caizdir.
2. Peyğəmbərlər üçün tarixin və keçmiş nəsillərin əhəmiyyəti var.
3. İlahi nişanələrdən daim dərs almaq lazımdır.
4. İlahi bayram və mərasim Quran baxımından düzgündür. Allah övliyalarının doğum günü, həzrət Peyğəmbərin (s) besəti səmavi süfrənin nazil olmasından az əhəmiyyət daşımır.)
5. Həzrət İsa duada diqqəti yemək məsələsinə yox, süfrənin ilahi olmasına yönəldir.
6. Başqalarının süstləşdirici sözlərini islah olunmuş şəkildə nəql edək. Əgər həvarilər öz danışıqlarında süfrə istəyini "edə bilərmi” sualı ilə açıqlayırlarsa, həzrət İsa öz duasında "maidəni” uca bir məqsəd üçün istəyir. O, həvarilərin istəyindəki tərəddüdlü nöqtələri silib atır.
7. Duada Allahı kamil ədəblə, istəklərimizə uyğun sifətlərlə çağıraq. Əgər ayə "ey Allah, "ey Rəbb” xitabları ilə başlayırsa, "ruzi verənlərin ən xeyirlisi” təbiri ilə başa çatır.
8. Maddi istəklərimizə mənəvi rəng verək. Həvarilər əvvəlcə yemək, sonra isə əmin olmaq məqsədində olduqlarını bildirdilər. Həzrət İsa isə əvvəlcə tarixdə nişanə qoymaq, sonra Allahın qüdrətini göstərmək, daha sonra ruzi məsələsini açıqlayır. Bununla da bildirir ki, mənəvi və ictimai məsələlər təşkilati və iqtisadi məsələlərdən öndə gəlir.
9. Diqqətimizi Allaha yönəldək və başqalarına üz tutmayaq.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 114-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 114-cü ayəsi nə haqqındadır?
Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
Əl-Maidə surəsi 114-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 114-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 114-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 114-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 114-cü ayənin təfsiri nədir?
"İsa ibn Məryəm dedi: "Pərvərdigara, ey Rəbbim! Bizə səmadan bir süfrə endir ki, indiki və gələcək nəslimiz üçün bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən üstünüsən.”   Nöqtələr Qurandakı dualar adətən, "Rəbb” adı ilə başlayır. Bu ayədə isə həm "Allah”, həm də "Rəbb” müraciətləri ilə rastlaşırıq. Bəlkə də bu iki müraciət məsələnin əhəmiyyətini göstərir. Bildirişlər 1. İstəklərin yerinə yetməsi üçün Allahın övliyalarına təvəssül (onları vasitə seçmək) caizdir. 2. Pe...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.