Əl-Maidə surəsi · 22-ci ayə

Dedilər: «Ey Musa, həqiqətən orada qüdrətli və zalım bir dəstə var və onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Bəni-İsrail cavab olaraq) dedi: "Ey Musa! Həqiqətən, həmin yerdə zalım bir qövm var və nə qədər ki, onlar oradan çıxmayıb, heç vaxt ora daxil olmarıq. Əgər oradan çıxsalar, şübhəsiz daxil olarıq.”
Nöqtələr
"Cəbbar” "cəbr” sözündən olub qəhr-qəzəb və təzyiq vasitəsi ilə islah və bir şeyin aradan qaldırılmasını bildirir. Allaha münasibətdə hər iki mənadan istifadə olunur. 
"Qovmən cəbbarin” ifadəsi sami irqindən olan, Ərəbistanın şimalında Sina səhrasında yaşamış və Misirə hücum edib beş yüz il hakimiyyət sürmüş qövmə aiddir. 
Bildirişlər
1. Bir məmləkətdə azğınların olması layiqli insanların həmin yerdən uzaqlaşması üçün dəlil ola bilməz.
2. Səbir edib düşmənin tutduğu yerdən çıxmasını gözləmək yox, onu həmin yerdən çıxarmaq lazımdır.
3. Rahattələblik qadağandır. Addım atmaq və düşməni qovmaq üçün Allahdan yardım diləmək lazımdır. (Quran Bəni-İsraili gözləmə mövqeyi tutduğu üçün tənqid edir.
4. Mübarizə aparmadan qələbə istəmək yanlış düşüncədir.
5. İtaətsizlikdən də pisi inadkarlıqdır. (Ayədəki "lən” sözü cəsarət və inadkarlığa işarədir.)

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 22-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 22-ci ayəsi nə haqqındadır?
Dedilər: «Ey Musa, həqiqətən orada qüdrətli və zalım bir dəstə var və onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq».
Əl-Maidə surəsi 22-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 22-ci ayənin təfsiri nədir?
"(Bəni-İsrail cavab olaraq) dedi: "Ey Musa! Həqiqətən, həmin yerdə zalım bir qövm var və nə qədər ki, onlar oradan çıxmayıb, heç vaxt ora daxil olmarıq. Əgər oradan çıxsalar, şübhəsiz daxil olarıq.” Nöqtələr "Cəbbar” "cəbr” sözündən olub qəhr-qəzəb və təzyiq vasitəsi ilə islah və bir şeyin aradan qaldırılmasını bildirir. Allaha münasibətdə hər iki mənadan istifadə olunur.  "Qovmən cəbbarin” ifadəsi sami irqindən olan, Ərəbistanın şimalında Sina səhrasında yaşamış və Misirə hücum edib beş yüz il ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.