Əl-Maidə surəsi · 25-ci ayə

(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Musa) dedi: "Pərvərdigara! Həqiqətən, məndə özümdən və qardaşımdan başqasının ixtiyarı yoxdur. Bizimlə günahkar qövm arasında ayrılıq sal.”
Nöqtələr
Həzrət Musa Bəni-İsrailin hərəkətindən məyus olduqdan sonra Allah dərgahına şikayət etdi.
Musa ona görə günahkar qövmdən ayrılıq istəyirdi ki, öz ardıcıllarının günahkarlarla birlikdə ilahi qəzəbə düçar olmasından qorxurdu. Ya da bu istəyin arxasında kafirlərin ölümü dayanırdı.
Musanın yalnız özü ilə qardaşını xatırlaması və onlarla birlikdə xalqı şəhərə doğru dəvət edən iki nəfəri yada salmaması barədə təfsirçilər müxtəlif fikirlər söyləmişdilər:
–Musa həmin iki nəfərin də sabitqədəmliyinə əmin deyildi. 
–Həmin iki nəfəri xalq daşqalaqla hədələdiyindən Musa dedi: "Pərvərdigara! Mənim heç bir gücüm yoxdur, həta həmin iki nəfər də təhlükədədir.” 
Bildirişlər
1. Qurandakı əksər dualarda "Rəbb” adından yardım istənilir.
2. Bütün xalq bizə arxa çevirdiyi halda əsil nicat verənə bağlanaq.
3. Peyğəmbərlər o zaman xalqa şikayət edib nifrinə əl atırlar ki, xalqın iman və itaətindən məyus olurlar.
4. Cihaddan boyun qaçırmaq günahdır.
5. İctimai bəlalardan biri xalqın övliyalardan üz döndərməsi və onların faydasından məhrum qalmasıdır.
6. Möminlər üçün bəla və çətinliklərdən biri günahkarlarla birlikdə yaşayışdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 25-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 25-ci ayəsi nə haqqındadır?
(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».
Əl-Maidə surəsi 25-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 25-ci ayənin təfsiri nədir?
"(Musa) dedi: "Pərvərdigara! Həqiqətən, məndə özümdən və qardaşımdan başqasının ixtiyarı yoxdur. Bizimlə günahkar qövm arasında ayrılıq sal.” Nöqtələr Həzrət Musa Bəni-İsrailin hərəkətindən məyus olduqdan sonra Allah dərgahına şikayət etdi. Musa ona görə günahkar qövmdən ayrılıq istəyirdi ki, öz ardıcıllarının günahkarlarla birlikdə ilahi qəzəbə düçar olmasından qorxurdu. Ya da bu istəyin arxasında kafirlərin ölümü dayanırdı. Musanın yalnız özü ilə qardaşını xatırlaması və onlarla birlikdə xalqı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.