Əl-Maidə surəsi · 35-ci ayə

Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Allahdan çəkinin və Ona doğru (yaxınlaşmaq üçün) vəsilə axtarın. Onun yolunda cihad edin. Bəlkə nicat tapasınız.”
Nöqtələr
Həzrət Əli (ə) buyurur: "Allah və onun peyğəmbərinə inam, Onun yolunda cihad, ixlas kəlməsi, namazın bərpası, zəkat ödəmək, ramazan ayında oruc tutmaq, həcc, ümrə, sileyi-rəhm (yaxınları yoxlamaq) gizli və aşkar infaqlar, yaxşı işlər Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitələrdir. 
Əhli-beyt (ə) həmin möhkəm ip və Allaha yaxınlaşma vasitəsidir. 
Təvəssül (vasitə seçmək) haqqında İbn Həcərin "Səvaiq”, Beyhəqinin "Sünən”, Darəminin "Səhih”, "Vəfaül-Vəfa” kimi sünni mənbələrində danışılmışdır. Bir çox Quran ayələrində də təvəssül məsələsinə toxunulmuşdur. 
Bildirişlər
1. İman, təqva, şəfaət və cihad səadət və qurtuluş yoludur.
2. Nicat tapmaq üçün həm günahları tərk etmək, həm də buyuruqlara itaət etmək lazımdır.
3. Bütün xeyir işlər səadət üçün həm zəmin, həm də vasitədir. (Əlbəttə ki, əgər günahlar həmin zəminəni aradan qaldırmasa.)

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 35-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 35-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.
Əl-Maidə surəsi 35-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 35-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Allahdan çəkinin və Ona doğru (yaxınlaşmaq üçün) vəsilə axtarın. Onun yolunda cihad edin. Bəlkə nicat tapasınız.” Nöqtələr Həzrət Əli (ə) buyurur: "Allah və onun peyğəmbərinə inam, Onun yolunda cihad, ixlas kəlməsi, namazın bərpası, zəkat ödəmək, ramazan ayında oruc tutmaq, həcc, ümrə, sileyi-rəhm (yaxınları yoxlamaq) gizli və aşkar infaqlar, yaxşı işlər Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitələrdir.  Əhli-beyt (ə) həmin möhkəm ip və Allaha yaxınlaşma vasitəsidir.  Təvəssül ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.