Əl-Maidə surəsi · 37-ci ayə

Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar cəhənnəm odundan çıxmaq istəyirlər. Halbuki oradan çıxası deyillər və onlar üçün daimi əzab var.”
Nöqtələr
Qiyamətdə bütün qurtuluş yolları bağlanmışdır. İlahi rəhmət təqva sahiblərinə məxsus olduğundan kafirlər nə ilahi rəhmətdən bəhrələnərlər  və həmçinin şəfaət Allahın razı qaldığı kəslərə məxsus olduğundan,  nə də şəfaətdən kam alarlar. Bundan əlavə, qiyamətdə ölümdən xəbər yoxdur. Çünki od daimidir və ölüm haqqında istəklər qəbul olunmur. 
Bildirişlər
1. Var-dövlət yalnız dünyada kara gəlir. Axirətdə sərvətin heç bir səmərəsi yoxdur.
2. Qiyamət günü ilahi mühakimədə fidyə (günahın əvəzində cərimə) qəbul olunmur.
3. Səadətin əsl amili insandan kənarda (mal və sərvətdə) yox, insanın batinindədir. (İman, təqva, cihad)
4. Kafirlərin əzabı nə fidyə verməklə aradan qalxar, nə də zaman ötdükcə tükənər.
5. Dünyada bir belə xəbərdarlıq və təbliğatla şirk və cəhalət zülmətindən çıxmayan insan axirətdə də cəhənnəmdən çıxmayacaq.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 37-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 37-ci ayəsi nə haqqındadır?
Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.
Əl-Maidə surəsi 37-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 37-ci ayənin təfsiri nədir?
"Onlar cəhənnəm odundan çıxmaq istəyirlər. Halbuki oradan çıxası deyillər və onlar üçün daimi əzab var.” Nöqtələr Qiyamətdə bütün qurtuluş yolları bağlanmışdır. İlahi rəhmət təqva sahiblərinə məxsus olduğundan kafirlər nə ilahi rəhmətdən bəhrələnərlər  və həmçinin şəfaət Allahın razı qaldığı kəslərə məxsus olduğundan,  nə də şəfaətdən kam alarlar. Bundan əlavə, qiyamətdə ölümdən xəbər yoxdur. Çünki od daimidir və ölüm haqqında istəklər qəbul olunmur.  Bildirişlər 1. Var-dövlət yalnız dünyada kar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.