Əl-Maidə surəsi · 39-cu ayə

(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs öz zülmündən sonra tövbə etsə və (öz pisliklərini) islah etsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
İslamda cəza dəvət, tərbiyə və rəhmətlə yanaşıdır. Ötən ayədə oğrunun cəzası bəyan oldu. Burada bağışlayan Allahın dərgahına tövbəyə, çirkinliyin islahına dəvət olunur. Bu qayıdış ilahi lütfün nazil olması səbəbidir.
Əgər oğru həbs olunmamışdan qabaq tövbə etsə, oğuruladığı malı qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanar.  Həbs olunduqdan sonra isə oğru cəzalandırılır və onun tövbəsi yalnız qiyamətdə təsirli olur.
Hədisdə deyilir: "Əli kəsilmiş bir oğru həzrət Peyğəmbərdən (s) soruşdu: "Mənin üçün tövbə yolu varmı?” Həzrət buyurdu:
"Bəli! Sən bu gün (cəzanı aldıqdan sonra) anadan doğulduğun gündə olduğun kimisən.” 
Bildirişlər
1. Xatakar insan üçün qayıdış və islah yolu həmişə açıqdır.
2. Tövbə təkcə daxili bir peşmançılıq deyil. Tövbə edərkən keçmişdəki günahları da yumaq lazımdır.
3. Əgər insan tövbə qılsa, Allah onun tövbəsini qəbul edər.
4. Oğurluq insanın özünə, cəmiyyətə zülm, ictimai asayişə təcavüzdür.
5. Günahkarları Allahın yoluna çağırmaq və onlara ümid vermək lazımdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 39-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 39-cu ayəsi nə haqqındadır?
(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Əl-Maidə surəsi 39-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 39-cu ayənin təfsiri nədir?
"Hər kəs öz zülmündən sonra tövbə etsə və (öz pisliklərini) islah etsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.” Nöqtələr İslamda cəza dəvət, tərbiyə və rəhmətlə yanaşıdır. Ötən ayədə oğrunun cəzası bəyan oldu. Burada bağışlayan Allahın dərgahına tövbəyə, çirkinliyin islahına dəvət olunur. Bu qayıdış ilahi lütfün nazil olması səbəbidir. Əgər oğru həbs olunmamışdan qabaq tövbə etsə, oğuruladığı malı qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanar. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.