Əl-Maidə surəsi · 43-cü ayə

Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yəhudilər) Tövrat əllərində ikən və Allahın hökmü onda varkən nə üçün səni hakim qərar verirlər? Sonra isə sən də o kitaba uyğun hökm verdikdə) üz döndərirlər. Onlar mömin deyillər.”
Nöqtələr
Əvvəlki ayədə qeyd etdiyimiz kimi, yəhudilər İslam peyğəmbərinə ona görə müraciət edirdilər ki, öz cəzalarını yüngülləşdirmişlər. Tövrat əllərində olduqları halda onlar daha yüngül qanun gəzirdilər.
Bildirişlər
1.Tövrat bütövlükdə təhrif olunmamışdır.
2. Ey kaş kitab əhli öz ilahi kitabının hökmlərinə sədaqətli olaydı!
3. Qövm üçün mühüm olan şey qanuna iman və vəzifəyə əməl yox, qanunun yüngülləşdirilməsidir. (Bu məqsədlə də Tövrat qanunlarını qoyub, cəzadan qurtulmaq üçün İslam peyğəmbərinə üz tuturdular.)
4. Yalnız qanun qarşısında təslimçilik iman əlamətidir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 43-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 43-cü ayəsi nə haqqındadır?
Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.
Əl-Maidə surəsi 43-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 43-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 43-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 43-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 43-cü ayənin təfsiri nədir?
"(Yəhudilər) Tövrat əllərində ikən və Allahın hökmü onda varkən nə üçün səni hakim qərar verirlər? Sonra isə sən də o kitaba uyğun hökm verdikdə) üz döndərirlər. Onlar mömin deyillər.” Nöqtələr Əvvəlki ayədə qeyd etdiyimiz kimi, yəhudilər İslam peyğəmbərinə ona görə müraciət edirdilər ki, öz cəzalarını yüngülləşdirmişlər. Tövrat əllərində olduqları halda onlar daha yüngül qanun gəzirdilər. Bildirişlər 1.Tövrat bütövlükdə təhrif olunmamışdır. 2. Ey kaş kitab əhli öz ilahi kitabının hökmlərinə səd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.