Əl-Maidə surəsi · 51-ci ayə

Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər, yəhudiləri və məsihiləri özünüzə rəhbər və yardımçı götürməyin. (Çünki) onlardan bəziləri digərlərinin yardımçısıdırlar. Sizdən onları rəhbər götürən hər kəs, şübhəsiz, onlardandır. Həqiqətən, Allah sitəmkar qövmü hidayət etməz.”
Nöqtələr
Ayədə yəhudilər və məsihilər nümunə olaraq zikr edilir. Şübhəsiz ki, heç bir kafirin hakimiyyətini qəbul etmək olmaz.
Quranın digər ayələrindən məlum olur ki, kitab əhlinin ətsiz xörəklərindən, onlarla müvəqqəti izdivacdan, alış-verişdən, dinc-yanaşı yaşayışdan bəhrələnmək olar. Uyğun hallar hakimiyyətin qəbul edilməsi sayılmır.
Bildirişlər
1. Allahın Öz mömin bəndələrindən xüsusi təvəqqö və intizarı var.
2. Düşməndən kənarlaşmaq iman şərtidir.
3. İslam ictimai-siyasi bir dindir və təkcə fərdi hökmlərlə sona yetmir.
4. Kafirlərdən yardım almaq qadağan olunduğu vəziyyətdə, şübhəsiz, rabitələrdə və xarici siyasətdə onların hakimiyyətini qəbul etmək qadağandır.
5. Düşmənlərin və kafirlərin hakimiyyətini qəbul etməyək, çünki onlar yalnız öz həmməsləklərinin fikrindədirlər.
6. Aralarında ciddi ixtilaf olan yəhudi və məsihilər İslamı məhv etmək üçün yaxınlaşmışlar.
7. Kafirlər yalnız öz aralarındakı əhdə vəfa edirlər. Onlar müsəlmanlarla bağladıqları əhdə sadiq deyillər.
8. Kafirlərin hakimiyyətini qəbul etmiş müsəlman dövlətləri onlardan sayılırlar. (İnsan dost tutduğu ünvandan sayılır.)
9. Nə kafirləri rəhbər tutun, nə də kafirləri rəhbər tutanlara tabe olun.
10. Kafirlərin hakimiyyətinin qəbulu ilahi hakimiyyətdən çıxmaqdır.
11. Kafirlərə arxalanmaq zülmdür.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 51-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 51-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.
Əl-Maidə surəsi 51-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 51-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər, yəhudiləri və məsihiləri özünüzə rəhbər və yardımçı götürməyin. (Çünki) onlardan bəziləri digərlərinin yardımçısıdırlar. Sizdən onları rəhbər götürən hər kəs, şübhəsiz, onlardandır. Həqiqətən, Allah sitəmkar qövmü hidayət etməz.” Nöqtələr Ayədə yəhudilər və məsihilər nümunə olaraq zikr edilir. Şübhəsiz ki, heç bir kafirin hakimiyyətini qəbul etmək olmaz. Quranın digər ayələrindən məlum olur ki, kitab əhlinin ətsiz xörəklərindən, onlarla müvəqqəti izdivacdan, alış-verişdən, d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.