Əl-Maidə surəsi · 60-cu ayə

De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, sizə Allah hüzurunda bundan da ağır cəza (sahibləri) haqqında xəbər verimmi? Onlar Allahın lənət etdiyi, qəzəbinə gətirdiyi, bir qismini meymun və donuz şəklinə saldığı, tağuta pərəstiş edən kəslərdir. Onların Allah yanında yerləri çox pisdir. Onlar düz yoldan daha çox azmışlar.”
Nöqtələr
Ayədəki "məsubət” və "səvab” sözləri ilkin hala gediş və qayıdış, hər növ aqibət və cəza mənalarını bildirir. Amma adətən, bu sözlər yaxşı əvəz mənasında işlədilir. 
Dini, İslamı, müsəlmanların namazını məsxərəyə qoyanlar, müsəlmanları imanlarına görə incidənlər nə üçün öz qaranlıq keçmişlərinə nəzər salmırlar? Axı onlar məsx oldular və rüsvay edildilər. Peyğəmbər dövrünün yəhudiləri donuz və meymun şəklinə salınmasalar da, Bəni-İsrail özünü vahid qövm saydığından, keçmişdəkilərin əməlləri ilə fəxr etdiklərindən onların rüsvayçılıqları da sonrakı nəsil üçün alçaldıcıdır.
Bir çox təfsirçilərin fikrincə, şəri hiylə quraraq qadağan olunmuş şənbə günü ov edən yəhudilər meymun şəklinə salındılar. İsanın səmavi süfrəsini ("Maidə”) inkar edən məsihilər isə donuz şəklinə düşdülər. 
Bildirişlər
1. Allahın cəzaları ədalətlidir. Əgər kimlərsə meymun və donuz şəklinə salınmışlarsa, (məsx edilmişlərsə) bu onların öz əməllərinin əvəzidir.
2. Tağuta itaət edənlər də məsx olanların cərgəsindədir.
3. Bəşər tarixindəki fitnəkarların aqibətinin bəyanı Quranın təbliğ üsullarındandır.
4. Ehtiram saxlamayanın ehtiramı yoxdur.
5. Ağır cəza ağır azğınlıq üçündür.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 60-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 60-cu ayəsi nə haqqındadır?
De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox a...
Əl-Maidə surəsi 60-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 60-cu ayənin təfsiri nədir?
"De ki, sizə Allah hüzurunda bundan da ağır cəza (sahibləri) haqqında xəbər verimmi? Onlar Allahın lənət etdiyi, qəzəbinə gətirdiyi, bir qismini meymun və donuz şəklinə saldığı, tağuta pərəstiş edən kəslərdir. Onların Allah yanında yerləri çox pisdir. Onlar düz yoldan daha çox azmışlar.” Nöqtələr Ayədəki "məsubət” və "səvab” sözləri ilkin hala gediş və qayıdış, hər növ aqibət və cəza mənalarını bildirir. Amma adətən, bu sözlər yaxşı əvəz mənasında işlədilir.  Dini, İslamı, müsəlmanların namazını...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.