Əl-Maidə surəsi · 62-ci ayə

Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 62
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların («imanlıyam» deyənlərin) çoxunun günah, zülm və haramxorluqda tələsdiyini görərsən. Doğrudan da, onların işi necə də çirkindir?!”
Nöqtələr
Ötən ayədə kitab əhlinin küfr və nifaq ruhiyyəsindən danışıldı. Bu ayədə isə onların əxlaqi, ictimai və iqtisadi fəsadları bəyan olunur.
"Suht” təbiri dərinin soyulması və ya şiddətli aclıq mənalarını bildirir. Bəzən qeyri-şəri mal, xüsusi ilə rüşvət də "suht” adlanır. Çünki bu sayaq mal-mülk cəmiyyətin səfa və təravətini puça çıxarır. Ağacın qabığının soyulması onun qurumasına səbəb olduğu kimi, haram mal da cəmiyyətin təravətini məhv edir. Beləcə, "suht” sözünün geniş mənası var. Ayələrdə isə bu sözün bəzi mənaları zikr olunmuşdur. 
Bildirişlər
1. Azğınları tənqid edərkən insaflı olmaq lazımdır. (Onların hamısı hədəfə alınmamalıdır.)
2. İslam cəmiyyətinin siması xeyir işlərə tələsməkdən ibarətdir.  Küfr cəmiyyətinin siması isə fəsada tələsməkdən ibarətdir.
3. Əxlaqi, ictimai və idari fəsaddan da pisi fəsada adət və fəsada tələsməkdir.
4. «İmanlıyam» deyib günaha, təcavüzə, haramxorluğa tələsənlər nə çoxdur!
5. Günaha yol verməkdən də pisi günahda qərq olmaqdır.
6. Təcavüz, haramxorluq günah nümunələri olsa da, bu iki günah kitab əhli arasında daha çox yayıldığından ayrıca zikr olunur.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 62-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 62-ci ayəsi nə haqqındadır?
Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!
Əl-Maidə surəsi 62-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 62-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 62-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 62-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 62-ci ayənin təfsiri nədir?
"Onların («imanlıyam» deyənlərin) çoxunun günah, zülm və haramxorluqda tələsdiyini görərsən. Doğrudan da, onların işi necə də çirkindir?!” Nöqtələr Ötən ayədə kitab əhlinin küfr və nifaq ruhiyyəsindən danışıldı. Bu ayədə isə onların əxlaqi, ictimai və iqtisadi fəsadları bəyan olunur. "Suht” təbiri dərinin soyulması və ya şiddətli aclıq mənalarını bildirir. Bəzən qeyri-şəri mal, xüsusi ilə rüşvət də "suht” adlanır. Çünki bu sayaq mal-mülk cəmiyyətin səfa və təravətini puça çıxarır. Ağacın qabığın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.