Əl-Maidə surəsi · 75-ci ayə

Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir, ondan qabaq da peyğəmbərlər olmuşdur. Onun anası çox doğruçu və əməlisaleh idi. O iki nəfər (başqa insanlar kimi) çörək yeyirdilər. (Demək, heç biri Allah deyildir.) Gör ki, ayələri xalq üçün necə bəyan edirik? Gör ki, bu xalq (haqdan) necə üz döndərir?”
Nöqtələr
Bu ayədə Allah-təala İsanın tanrı olmamasına üç dəlil gətirir: O, anadan doğulmuşdur və Məryəmin oğludur; onun kimi peyğəmbərlər olmuşdur və o oxşarsız deyil; o da başqaları kimi qidalanmış, gücünü qidadan almışdır. (Demək, onun Allah olmaq qüdrəti yoxdur.) Bəli, yeməyə ehtiyacı olan kəs xaliq ola bilməz. Bunlar Quranın aşkar, ümumi və hamı tərəfindən dərk olunan bəyanlarıdır.”
"Siddiq” çox düzdanışan insana deyilir. Belə bir insan öz düz əməli ilə doğruçuluğunu sübuta yetirir.
Digər bir ayədə həzrət Məryəmin "Siddiqə” olması ilahi kəlmələri təsdiq etməsi ilə əsaslandırılır. Bildirilir ki, Məryəm abidlərdən idi. 
Bildirişlər
1. Bəzi imtiyazlara və istisna işlərə malik olmaq ilahi dəlil deyil. Həzrət Adəm də ata-anasız vücuda gəlmişdi. Amma kimsə onu Allah saymadı.
2. Məryəm Allahın övliyalarındandır. Quran onu uca tutur və "siddiqə” adı ilə xatırlayır.
3. Bütün peyğəmbərlərin ölümü qətidir. İsa ölümdən amanda deyil və Allah sayılmamalıdır.
4. Əgər ortada inadkarlıq varsa, ən aydın dəlillərdən də səmərə olmayacaq.
5. Qadın ən üstün mənəvi dərəcəyə çata bilər. Beləsi haqqında Allah xoş sözlər buyurar.
6. Keçmişdəkilərin tarixi ilə tanışlıq və baş vermiş hadisələrin səbəbini araşdırmaq gələcəkdəkilər üçün faydalıdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 75-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 75-ci ayəsi nə haqqındadır?
Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimiz...
Əl-Maidə surəsi 75-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 75-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 75-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 75-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 75-ci ayənin təfsiri nədir?
"Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir, ondan qabaq da peyğəmbərlər olmuşdur. Onun anası çox doğruçu və əməlisaleh idi. O iki nəfər (başqa insanlar kimi) çörək yeyirdilər. (Demək, heç biri Allah deyildir.) Gör ki, ayələri xalq üçün necə bəyan edirik? Gör ki, bu xalq (haqdan) necə üz döndərir?” Nöqtələr Bu ayədə Allah-təala İsanın tanrı olmamasına üç dəlil gətirir: O, anadan doğulmuşdur və Məryəmin oğludur; onun kimi peyğəmbərlər olmuşdur və o oxşarsız deyil; o da başqaları kimi qidalanmış, g...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.