Əl-Maidə surəsi · 78-ci ayə

İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bəni-İsraildən kafir olan kəslər Davud və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bunun (lənət və nifrinin) səbəbi bu idi ki, onlar üsyan edib, Allahın göstərişlərinə təcavüz edirdilər.”
Nöqtələr
Həzrət Davud Bəni-İsraili ovun qadağan edildiyi şənbə günlərində yollarını azdıqları üçün lənətlədi. Həzrət İsa isə Bəni-İsrailə səmavi süfrədən yedikdən sonra növbəti dəfə küfr etdikləri üçün lənət yağdırdı. 
İmam Baqir (ə) buyurmuşdur: "Həzrət Davudun nifrini onları donuza, həzrət İsanın nifrini isə onları meymuna döndərdi.” 
Bildirişlər
1. Bəni-İsraildən bir dəstəsi öz peyğəmbərinin lənətinə düçar oldu.
2. Üsyan və təcavüz insanı küfrə çəkir.
3. Peyğəmbərlər heç də həmişə şəfaətçi olmur. Bəzən onlar nifrin də yağdırır.
4. Günah və təcavüzün ardınca peyğəmbərlərin lənəti gəlir.
5. Təcavüz və qanunları pozmaq Bəni-İsrailin yoludur.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 78-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 78-ci ayəsi nə haqqındadır?
İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.
Əl-Maidə surəsi 78-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 78-ci ayənin təfsiri nədir?
"Bəni-İsraildən kafir olan kəslər Davud və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bunun (lənət və nifrinin) səbəbi bu idi ki, onlar üsyan edib, Allahın göstərişlərinə təcavüz edirdilər.” Nöqtələr Həzrət Davud Bəni-İsraili ovun qadağan edildiyi şənbə günlərində yollarını azdıqları üçün lənətlədi. Həzrət İsa isə Bəni-İsrailə səmavi süfrədən yedikdən sonra növbəti dəfə küfr etdikləri üçün lənət yağdırdı.  İmam Baqir (ə) buyurmuşdur: "Həzrət Davudun nifrini onları donuza, həzrət İsanın nifrini i...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.