Əl-Maidə surəsi · 82-ci ayə

Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 82
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
«Yəhudilərin və müşriklərin iman əhlinə münasibətdə ən qatı düşmən olduğunu görərsən. "Biz məsihiyik” deyənlərin isə dostluq baxımından möminlərə ən yaxın olduğunu bilərsən. Bu (dostluq) o baxımdandır ki, onlardan bəziləri keşiş və rahiblərdir, onlar təkəbbür göstərməzlər.»
Nöqtələr
"Qissis” keşiş deməkdir və məsihilərin dini işlərinə rəhbərliyini öhdəsinə götürmüş şəxs keşiş adlanır. Məsihi abidlərinə isə "röhban” deyilir.
Bu ayədən 85-ci ayəyədək nüzul şəni Həbəşə padşahı Nəcaşinin və həmin ölkə məsihilərinin müsəlmanlarla xoş rəftarıdır. Bu müsəlmanlar besətin beşinci ili Cəfər ibn Əbu-Talibin başçılığı ilə Məkkədən hicrət etmişdilər. Onlar müşriklərin sıxıntılarından Nəcaşiyə pənah aparmışdılar. Müşriklərin Həbəşəyə göndərdikləri elçilər Nəcaşidən mənfi cavab almışdılar. Mədinə yəhudiləri peyğəmbərin möcüzələrini, böyük əxlaqını gördükləri halda iman gətirməyib müsəlmanlara qarşı fitnə-fəsadda iştirak edirdisə, məsihi ruhaniləri Həbəşədə "Məryəm” surəsinin ayələrini eşidərkən ağlayır və müsəlmanları himayə edirdilər. 
İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurmuşdur: "Bu məsihi alimlər və rahibləri həzrət İsa ilə Həzrət Məhəmməd (s) arasındakı dönəmdə yaşamış və İslam peyğəmbərinin gəlişini gözləmişlər.” 
Bildirişlər
1. Yəhudilərin müsəlmanlarla düşmənçiliyinin tarixi kökləri var.
2. İslam düşmənlərinə və qeyri-müsəlmanlara onların rəftarını nəzərə alaraq yanaşılmalıdır.
3. Öz dostlarımızı və düşmənlərimizi onların psixoloji və ictimai vəziyyətini düzgün təhlil edərək tanımalıyıq.
4. Cəmiyyətdə inkişaf üçün zəmin var: Alimlik, Allah qorxusu, təkəbbür və azğınlıqdan uzaq ruhiyyə.
5. Din alimləri və Allahdan qorxan abidlər cəmiyyətin əqidə və əxlaqının islahında mühüm rol oynayırlar.
6. Əgər elm, ibadət və əxlaq qarşılıqlı birləşsə, insan haqpərəst olar və təəssübü bir kənara qoyar.
7. İslamda təəssüb yoxdur. İslam digər dinlərin Allahdan qorxan, insaflı alimlərini qiymətləndirir.
8. Məsihilər arasında İslamın təbliği təsirlidir.
(Məsihilər yanlış üçlük əqidəsini daşısalar da, nisbətən sağlam ruhiyyələrinə xatir haqqı daha asanlıqla qəbul edirlər.)

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 82-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 82-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı...
Əl-Maidə surəsi 82-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 82-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 82-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 82-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 82-ci ayənin təfsiri nədir?
«Yəhudilərin və müşriklərin iman əhlinə münasibətdə ən qatı düşmən olduğunu görərsən. "Biz məsihiyik” deyənlərin isə dostluq baxımından möminlərə ən yaxın olduğunu bilərsən. Bu (dostluq) o baxımdandır ki, onlardan bəziləri keşiş və rahiblərdir, onlar təkəbbür göstərməzlər.» Nöqtələr "Qissis” keşiş deməkdir və məsihilərin dini işlərinə rəhbərliyini öhdəsinə götürmüş şəxs keşiş adlanır. Məsihi abidlərinə isə "röhban” deyilir. Bu ayədən 85-ci ayəyədək nüzul şəni Həbəşə padşahı Nəcaşinin və həmin öl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.