Əl-Maidə surəsi · 83-cü ayə

Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 83
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Məsihilər) hər vaxt peyğəmbərə nazil olmuş ayəni eşitdikdə, görürsən ki, haqqı tanıdıqlarından gözləri yaşla dolur və deyirlər: "Pərvərdigara! Biz iman gətirdik, adımızı (haqqa) şahidlər zümrəsində yaz.”
Nöqtələr
Cəfər ibn Əbu-Talib "Məryəm” surəsinin ayələrini Həbəşədə Nəcaşi üçün oxuduqda oradakı məsihilər ağladılar. Bu göz yaşları məsihilərin şövqlü göz yaşlarının nümunəsi idi. Digər bir dəfə məsihilərdən bir qrupu Cəfərlə birlikdə Mədinəyə gəlib orada "Yasin” surəsinin ayələrini eşitdikdə göz yaşı axıtdı. 
Bildirişlər
1. Qəlbi diri, təvazökar insanların nişanəsi budur ki, haqqı eşitdikdə həyəcanlanarlar. (Azğınlar isə haqqı gördükdə belə, yerlərindən tərpənmirlər.)
2. Göz yaşları mərifətlə müşayiət olunduqda kamal nişanəsi olur.
3. İnsanın ruhu və fitrəti haqqa heyrandır. Məşuqa çatdıqda şövqdən göz yaşları axır.
4. İman və etiraf mərifətə əsaslanmalıdır.
5. Duada müqəddəs "Rəbbəna” sözündən yardım alaq.
6. Bilgi və mərifət, göz yaşı və nöqsanların etirafı təkamül və mənəvi tərbiyə nişanəsidir.
7. Dua etiraf və imanla müşayiət olunduqda təsir göstərir.
8. Müvəqqəti iman səmərəsizdir. İman daimi olmalı, xoş aqibətlə başa çatmalıdır.
9. Yüz illik yolu bir gecədə getmək dəyərlidir. Eşitmək, tanımaq, etiraf etmək və qovuşmaq!
10. İman əhli daha yuxarı mərhələlərə çatmaq üçün dua etməlidir. (Öncə iman, sonra daha yuxarı olan şəhadət mərhələsi.)

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 83-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 83-cü ayəsi nə haqqındadır?
Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!
Əl-Maidə surəsi 83-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 83-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 83-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 83-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 83-cü ayənin təfsiri nədir?
"(Məsihilər) hər vaxt peyğəmbərə nazil olmuş ayəni eşitdikdə, görürsən ki, haqqı tanıdıqlarından gözləri yaşla dolur və deyirlər: "Pərvərdigara! Biz iman gətirdik, adımızı (haqqa) şahidlər zümrəsində yaz.” Nöqtələr Cəfər ibn Əbu-Talib "Məryəm” surəsinin ayələrini Həbəşədə Nəcaşi üçün oxuduqda oradakı məsihilər ağladılar. Bu göz yaşları məsihilərin şövqlü göz yaşlarının nümunəsi idi. Digər bir dəfə məsihilərdən bir qrupu Cəfərlə birlikdə Mədinəyə gəlib orada "Yasin” surəsinin ayələrini eşitdikdə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.