Əl-Maidə surəsi · 87-ci ayə

Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın ki, Allah təcavüzkarları sevməz.”
Nöqtələr
Bir gün Allahın rəsulu qiyamət və məhşər səhnələri haqqında danışırdı. Onun danışdıqları xalqa o qədər təsir etdi ki, hamı ağladı və bəziləri qərara gəldilər ki, bundan sona yaxşı xörəklər yeməsinlər, rahatlığı özlərinə haram etsinlər, oruc tutsunlar, həyat yoldaşlarından uzaqlaşsınlar, gecələri az yatsınlar. Onlar bu qərarlarını yerinə yetirəcəkləri barədə and içdilər. Həzrət Peyğəmbər (s) bu məsələdən xəbər tutub xalqı məsciddə topladı və buyurdu: "Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşımı tərk etmirəm. Bizim dinimiz guşənişinlik və röhbaniyyət dini deyil. Mənim ümmətimin röhbaniyyəti cihaddır. Hər kəs mənim yolumu tərsinə getsə, müsəlman deyil.” Xalq arasında "içdiyimiz andlar necə olsun?” deyə soruşanlar oldu. Onların sualına cavab olaraq növbəti ayələr nazil edildi.
Halallardan imtina haramlığı etiqadla müşayiət olunduqda bidət və haram, əqidə bağlamadan bəhrələnməməkdən ibarət olduqda qadağandır.
Müsəlman ilahi göstərişlərə təslimdir. O nə halalları özbaşına haram edir, nə də haramlara başqa münasibət bəsləyir.
Bildirişlər
1. İman əhli pak-pakizə şeylərdən istifadə etməlidir. "Ey xalq” əvəzinə ayədə "ey iman gətirənlər” deyə müraciət olunmuşdur.
2. İman ilahi hökmlərin dəyişdirilməsi ilə bir araya sığmır.
3. İslam fitrət dinidir. Fitrəti boğmaq qadağandır. (Ayədə pak sözü insan fitrətinə uyğun məqamlarda işlədir.)
4. Halal yeməklər, içməklər və ləzzətlər insan üçün yaradılmışdır.
5. İman ifrat və təfritlə bir araya sığmır.
6. İslam məktəbində guşənişinlik, röhbaniyyət, ifrat və təfrit qadağandır.
7. İnsanın özünü pak nemətlərdən məhrum etməsi təcavüzkarlıq kimi qiymətləndirilir.
8. Halal nemətlərdən faydalanarkən israfa yol verməyək, həddi aşmayaq.
9. İfrat və təfrit ilahi məhəbbətdən məhrumluq səbəbidir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 87-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 87-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.
Əl-Maidə surəsi 87-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 87-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın ki, Allah təcavüzkarları sevməz.” Nöqtələr Bir gün Allahın rəsulu qiyamət və məhşər səhnələri haqqında danışırdı. Onun danışdıqları xalqa o qədər təsir etdi ki, hamı ağladı və bəziləri qərara gəldilər ki, bundan sona yaxşı xörəklər yeməsinlər, rahatlığı özlərinə haram etsinlər, oruc tutsunlar, həyat yoldaşlarından uzaqlaşsınlar, gecələri az yatsınlar. Onlar bu qərarlarını yerinə yetirəcəkləri barədə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.