Əl-Maidə surəsi · 93-cü ayə

İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 93
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.”
Nöqtələr
Şərabın qadağa ayəsi nazil olduqdan sonra müsəlmanlardan bəziləri qadağadan qabaq dünyasını dəyişənlərin şəraba görə cəzaları haqqında soruşdular. Yuxarıdakı ayə nazil oldu.
Bu ayədə iki dəfə iman və saleh əməl, iki dəfə təqva və iman, bir dəfə təqva və ehsan zikr olunmuşdur. Bəzi təfsirçilərin nəzərincə, iman, təqva və saleh əməlin mərhələləri və dərəcələri müxtəlif olduğundan uyğun ifadələr təkrarlanır.  Bəziləri isə uyğun təkrarı iman və təqvada davamlılıq nişanəsi sayırlar.  Bəziləri isə ayədəki təkrarları təkid əlaməti bilmişlər. "Nəbə” surəsinin 4-5-ci ayələri buna misal ola bilər.
Təqvanın insan həyatının müxtəlif sahələrində rolu var: məsrəf və rəftarda; məktəb və etiqadda; xidmət və əxlaqda.
Bildirişlər
1. Əgər möminlər qarşıda təqvaya riayət edib keçmiş günahları təkrarlamasalar, onların keçmiş günahları bağışlana bilər.
2. İlahi hökmü eşitdikdən sonra insan yenə də günah edərsə, o əvvəlki günahlarına görə də cəzalandırılar.
3. Ehsan və xeyir iş kamilliyin ən uca mərtəbəsi və Allah yanında məhbubluq səbəbidir. Ayədə iman və təqvadan sonra yaxşı əməl xatırlanmışdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 93-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 93-cü ayəsi nə haqqındadır?
İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdik...
Əl-Maidə surəsi 93-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 93-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 93-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 93-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 93-cü ayənin təfsiri nədir?
"İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.” Nöqtələr Şərabın qadağa ayəsi nazil olduqdan sonra müsəlmanlardan bəziləri qadağadan qabaq dünyasını dəyişənlərin şəraba görə cəzaları haqqında soruşdular. Yuxarıdakı ayə nazil oldu. Bu a...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.