Əl-Maidə surəsi · 97-ci ayə

Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah Beytül-həram. Kəbəni xalqın sahmana düşüb möhkəmlənməsi üçün qərar verdi. Eləcə də, haram ay və nişanlı-nişansız qurbanlıqlar (xalqın sahmanı üçün müəyyənləşdi), bu onun üçündür ki, Allahın göylərdə və yerdə olanlardan xəbərdarlığını bilsinlər. Allah hər şeydən agahdır.”
Nöqtələr
"Qiyam” dedikdə möhkəmlik vasitəsi nəzərdə tutulur. Məsələn, hər hansı tikilinin sütunu, dayağı. 
İmam Sadiq (ə) buyurmuşdur: "Allah evini "Beytül-həram” adlandırmışlar. Çünki həmin yerə kafirlərin daxil olması haramdır.” 
"Hədy” nişansız, "qəlaid” nişanlı qurbanlıqdır.
Həcc mərkəzləşmə, təhlükəsizlik, müqəddəslik, ibadət, qəhrəmanlıq, vəhdət, siyasət, bəraət, mərifət, sadəlik, səfa, xalislik, mübahisədən uzaqlıq, şəhvətdən və fitnədən kənarlıq yeridir.
Rəcəb, zil-qədə, zil-hiccə və məhərrəm ayları haram aylardır və haram aylarda savaş qadağandır.
Məkkədə milyonlarca müsəlmanın heç bir dəbdəbəsiz, imtiyazsız, sözdə və əməldə çəkişməsiz toplanması İslamın üstünlüklərindəndir. Siz həcdəki faydalara baxın: Həccə yola düşərkən halallıq istənilməsi, hacıların yola salınması və qarşılanması, həcdə ticarətin rövnəq tapması, xüms və zəkat ödənməsi, müxtəlif millətlər və maariflərlə tanışlıq, qədim tövhid mərkəzinin ziyarəti, peyğəmbərlərlə həmsəda olmaq, peyğəmbərlərin olduğu yerləri ziyarət etmək, Ərəfat və Məşər səhrasında tövbə etmək, qiyamət haqqında düşüncələr, siyasi hərəkatlar və kafirlərə qarşı bəraət... Bütün bu faydaları nəzərə alsaq, anlayarıq ki, bu proqram Allahın nəhayətsiz elmindən qaynaqlanır. Bəli, Allah bütün varlıq aləmindən agahdır. Hər hansı məhdud elm bir belə yığcam və cəlbedici göstərişlər verə bilməz.
Bildirişlər
1. Həcc möhkəmlik, davam səbəbidir.
2. İşlərin sahmana düşməsi birliyə, ibadətə, ehtirama, aramlığa, əmin-amanlığa, gizli və nişanlı-nişansız işlərə, zəruri qidanın təmininə ehtiyaclıdır.
3. Yalnız bütün varlıq aləmindən xəbərdar olan kəs qanun verə bilər.
4. Məscid və qurbangah din və dünyanın möhkəmlənmə vasitəsidir.
5. Cəmiyyəti möhkəmləndirməyən həcc həqiqi həcc deyil.
6. Cəmiyyətdə sabitlik olarsa, orada allahşünaslıq zəminəsi inkişaf edər.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 97-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 97-ci ayəsi nə haqqındadır?
Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olan...
Əl-Maidə surəsi 97-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 97-ci ayənin təfsiri nədir?
"Allah Beytül-həram. Kəbəni xalqın sahmana düşüb möhkəmlənməsi üçün qərar verdi. Eləcə də, haram ay və nişanlı-nişansız qurbanlıqlar (xalqın sahmanı üçün müəyyənləşdi), bu onun üçündür ki, Allahın göylərdə və yerdə olanlardan xəbərdarlığını bilsinlər. Allah hər şeydən agahdır.” Nöqtələr "Qiyam” dedikdə möhkəmlik vasitəsi nəzərdə tutulur. Məsələn, hər hansı tikilinin sütunu, dayağı.  İmam Sadiq (ə) buyurmuşdur: "Allah evini "Beytül-həram” adlandırmışlar. Çünki həmin yerə kafirlərin daxil olması h...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.