Əl-Maidə surəsi · 99-cu ayə

Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab və cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 99
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Peyğəmbər yalnız ilahi hökmləri bəyan etməlidir. Allah aşkarda və gizlində gördüyünüz işlərdən xəbərdardır.”
Nöqtələr
Əgər bu ayəni əvvəlki ayənin davamı bilsək, deyə bilərik ki, Kəbəni və haram ayları hörmətdən salmaq, qurbanlıq, həcc hökmləri ilə müxalifətçilik və həcci məqsədsiz güman etməyin ağır cəzası var. Kəbə və haram aylara hörmət, qurbanlıq və həcc əməllərini yerinə yetirmək ilahi bağışlanma və rəhmətlə nəticələnir. (Əlbəttə ki, bu ayəni müstəqil şəkildə də mənalandırmaq olar.)
Bildirişlər
1. Təşviq və hədə yanaşı olmalıdır. (İnsan qorxu və ümid arasında olmalıdır. O, Kəbənin hörmətini pozduğu üçün ümidini üzməməli, yaxşı işlərinə görə qürrələnməməlidir.)
2. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, yalnız dinin təbliğidir.
3. Xalqın yaxşı və ya pis münasibəti peyğəmbərə bir zərər vurmur. 
4. İlahi elm əhatəli olduğundan Allah üçün işin gizlində və ya aşkarda görülməsinin fərqi yoxdur.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 99-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 99-cu ayəsi nə haqqındadır?
Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab və cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.
Əl-Maidə surəsi 99-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 99-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 99-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 99-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 99-cu ayənin təfsiri nədir?
"Peyğəmbər yalnız ilahi hökmləri bəyan etməlidir. Allah aşkarda və gizlində gördüyünüz işlərdən xəbərdardır.” Nöqtələr Əgər bu ayəni əvvəlki ayənin davamı bilsək, deyə bilərik ki, Kəbəni və haram ayları hörmətdən salmaq, qurbanlıq, həcc hökmləri ilə müxalifətçilik və həcci məqsədsiz güman etməyin ağır cəzası var. Kəbə və haram aylara hörmət, qurbanlıq və həcc əməllərini yerinə yetirmək ilahi bağışlanma və rəhmətlə nəticələnir. (Əlbəttə ki, bu ayəni müstəqil şəkildə də mənalandırmaq olar.) Bildir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.