Məryəm surəsi · 10-cu ayə

(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"(Zəkəriyya) dedi: «Pərvərdigara! Mənim üçün bir nişanə müəyyən et.» (Allah) buyurdu: «Üç gecə-gündüz xalqla danışa bilməyəcəyin sənin nişanəndir.»”

Nöqtələr
Allah hər işə qadirdir və bütün işlər Onun üçün asandır. Bu nöqtəyə "Hədid” surəsinin 22-ci, "Təğabun” surəsinin 7-ci, "Bəqərə” surəsinin 20-ci və 106-cı, "Kəhf” surəsinin 45-ci ayələrində də işarə olunmuşdur.
Ərəblər arasında gecə dedikdə, bəzən sutka nəzərdə tutulur.(Bəqərə”, 260.) "Ali-İmran” surəsinin 41-ci ayəsində gün, hazırkı ayədə gecə sözləri işlədilmişdir. Çünki gecə və gündüz bəzən bir-birinin yerinə zikr olunur.
"Təfsire-Məcməül-bəyan”, "Təfsire-Təbəri”, "Təfsire-Əl-mizan” kitablarında həzrət Zəkəriyya haqqında deyilir: "İlahi ayələrin tilavəti və Allahın zikri zamanı onun dili açılırdı, amma xalqla danışarkən dili bağlanırdı.”
Həzrət Zəkəriyya haqqı batildən, ilahi vəhyi şeytani təlqinlərdən fərqləndirmək üçün Allahdan nişanə istədi.("Təfsire-ətyəbul-bəyan”. )
Bildirişlər
1.Təbiət qanunları və maddi səbəblər heç vəchlə Allahın qüdrətini məhdudlaşdırmır.
2. Yaranış və hadisələr haqqında təfəkkür Allahın qüdrəti ilə bağlı bütün şəkk-şübhələri aradan qaldırır.
3. Peyğəmbərlər yəqin mərtəbəsindən də uca bir mərhələyə çatmaq fikrində olmuşlar. İbrahim Allahdan qəlb əminliyi yaradacaq nişanə istəyir.("Ənbiya”, 107, "İsra”, 82, "Fəth”, 29. ) Zəkəriyya da Allahdan xüsusi bir nişanə diləyir.
4. Bizim bütün hərəkətlərimiz Allahın iradəsindən asılıdır. Allah istəməsə, sağlam olduğumuz halda danışa bilmərik.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 10-cu ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 10-cu ayəsi nə haqqındadır?
(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
Məryəm surəsi 10-cu ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 10-cu ayənin təfsiri nədir?
"(Zəkəriyya) dedi: «Pərvərdigara! Mənim üçün bir nişanə müəyyən et.» (Allah) buyurdu: «Üç gecə-gündüz xalqla danışa bilməyəcəyin sənin nişanəndir.»”NöqtələrAllah hər işə qadirdir və bütün işlər Onun üçün asandır. Bu nöqtəyə "Hədid” surəsinin 22-ci, "Təğabun” surəsinin 7-ci, "Bəqərə” surəsinin 20-ci və 106-cı, "Kəhf” surəsinin 45-ci ayələrində də işarə olunmuşdur.Ərəblər arasında gecə dedikdə, bəzən sutka nəzərdə tutulur.(Bəqərə”, 260.) "Ali-İmran” surəsinin 41-ci ayəsində gün, hazırkı ayədə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.