Məryəm surəsi · 30-cu ayə

(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(İsa dilə gəlib) dedi: «Mənəm Allahın bəndəsi, O mənə kitab əta edib və məni peyğəmbər qərar verib.»”

Nöqtələr
Həzrət Məryəm sükut orucu tutduğu üçün öz nəzirinə vəfalı qalıb bir söz demədən işarə etdi.
İsanın ilk sözü Allaha bəndəliyi haqqında olsa da, ardıcılları çaşqınlığa düçar olub onu Allah və Allah övladı kimi tanıdılar.
İmam Baqirdən (ə) soruşuldu ki, həzrət İsa beşikdə də Allahın höccəti idimi? Həzrət buyurdu: ”İsa nəbi idi, amma mürsəl deyildi. Yeddi yaşına çatdığı vaxt ona risalət məqamı əta olundu.”("Məryəm”, 31)
İsa qısa bir cümlə ilə həm anasına atılan böhtanı aradan götürdü, həm öz gələcəyi haqqında danışdı, həm də xalqın gələcək vəzifəsinə işarə etdi.
Bildirişlər
1. Allah istəyəndə uşaq beşikdə dilə gəlib şayiələri, fitnələri aradan qaldırır.
2. Özümüzü tanıtdırarkən hər şeydən öncə Allaha bəndə olduğumuzu bildirək. Bu ən böyük iftixardır.
3. Bütün ilahi feyzlərin qaynağı Allaha bəndəlikdir.
4. Peyğəmbərlikdə (və imamətdə) hansısa yaş şərt qoyulmayıb.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 30-cu ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 30-cu ayəsi nə haqqındadır?
(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.
Məryəm surəsi 30-cu ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 30-cu ayənin təfsiri nədir?
"(İsa dilə gəlib) dedi: «Mənəm Allahın bəndəsi, O mənə kitab əta edib və məni peyğəmbər qərar verib.»”NöqtələrHəzrət Məryəm sükut orucu tutduğu üçün öz nəzirinə vəfalı qalıb bir söz demədən işarə etdi.İsanın ilk sözü Allaha bəndəliyi haqqında olsa da, ardıcılları çaşqınlığa düçar olub onu Allah və Allah övladı kimi tanıdılar.İmam Baqirdən (ə) soruşuldu ki, həzrət İsa beşikdə də Allahın höccəti idimi? Həzrət buyurdu: ”İsa nəbi idi, amma mürsəl deyildi. Yeddi yaşına çatdığı vaxt ona risalət məqamı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.