Məryəm surəsi · 32-ci ayə

Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Məni anama qarşı xeyirxah qərar vermiş, (xalqa qarşı) sitəmkar və qəddar etməmişdir.”

Nöqtələr
Çoxlu mənfəəti və başqalarına təlim-tərbiyə təsiri olan sabit şey bərəkətlidir. Həzrət İsanın bərəkətli ömrü var və İmam Mehdinin (ə) zühurundan sonrayadək sağdır. Onun ardıcılları da çoxdur və bu ardıcıllar həzrəti öldürmək fikrində olan kafirlərə qalibdirlər.("Uyuni əxbarur-Riza”, c. 1, s. 257.)
Xeyir və bərəkətlər daxili niyyətlər, məqsədlər, hallar və xislətlərdir. Bu səbəbdən də bəzi insanlar harada olsalar bərəkətlidirlər.("Furuğk-əbədiyyət”, c. 1, s. 253; "Kamili-ibn Əsir”, c. 2, s. 54; "Bihar”, c. 18, s. 415) Bəziləri isə ruhi problemlərinə və mənəviyyatdan uzaqlıqlarına görə istənilən bir yerdə öz xoşagəlməz xüsusiyyətlərindən əziyyət çəkir və başqalarına fayda vermirlər.
Həzrət İsa "validəti” ("ana”) sözü ilə anasının paklığına və atasının olmamasına işarə etdi.
Bildirişlər
1. Öz imtiyaz və üstünlüklərimizi Allahdan bilək.
2. İnsan lovğalıq, iftixar məqsədi olmasa öz müsbət keyfiyyətlərini qeyd edə bilər.
3. Peyğəmbərlər xeyir-bərəkət və bədii əsərlər üçün qaynaqdırlar.
4. Mənəvi dəyərlər zaman və məkana sığmır.
5. Namaz və zəkat səmavi dinlərin müştərək əmrlərindəndir. (Ola bilsin ki, namazın bərpası və zəkat ödənməsi mübarəklik şərtidir.)
6. Allahla rabitə (namazın bərpası) məhrumlarla rabitədən (zəkat ödənməsindən) ayrı deyil.
7. Namaz və zəkat üçün ömür boyu tətil yoxdur.
8. Anaya yaxşılıq peyğəmbər əxlaqındandır.
9. Anasına qarşı rəhmsiz olan, xalqa qarşı da rəhmsiz olacaq.
10. Peyğəmbərlər istibdad və xalqa hakimlik sorağında deyillər.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 32-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 32-ci ayəsi nə haqqındadır?
Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.
Məryəm surəsi 32-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 32-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 32-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 32-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 32-ci ayənin təfsiri nədir?
"Məni anama qarşı xeyirxah qərar vermiş, (xalqa qarşı) sitəmkar və qəddar etməmişdir.”NöqtələrÇoxlu mənfəəti və başqalarına təlim-tərbiyə təsiri olan sabit şey bərəkətlidir. Həzrət İsanın bərəkətli ömrü var və İmam Mehdinin (ə) zühurundan sonrayadək sağdır. Onun ardıcılları da çoxdur və bu ardıcıllar həzrəti öldürmək fikrində olan kafirlərə qalibdirlər.("Uyuni əxbarur-Riza”, c. 1, s. 257.)Xeyir və bərəkətlər daxili niyyətlər, məqsədlər, hallar və xislətlərdir. Bu səbəbdən də bəzi insanlar harada...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.