Məryəm surəsi · 36-cı ayə

(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Beləsə, Ona pərəstiş edin, doğru yol budur.”

Nöqtələr
Həzrət İsa özünü belə tanıtdırır: ”Mən Allahın bəndəsiyəm.” Ona ilkin olaraq namaz və ibadət haqqında göstəriş gəldi. Onun ilkin olaraq elan etdiyi proqram da Allaha pərəstiş və ibadət idi.
Həzrət Məsihin tövhid məsələsində israrı və tövhidi doğru yol sayması onu Allahın oğlu sayanlara, üç üqnumçulara yetərli cavabdır. (Uyğun nöqtəyə "Ali-İmran” surəsinin 51-ci, "Zuxruf” surəsinin 64-cü ayələrində də toxunulmuşdur.)
Bildirişlər
1. İbadət yalnız bizim Rəbbimizə layiqdir.
2. İsanı Allahın övladı saymaq dinin təhrifi və küfr mayasıdır.
3. Bir Allaha pərəstiş və Ona bəndəlik yeganə doğru yoldur. Bütün qalan yollar azğınlığa aparır. (Quranda Allah, peyğəmbər, ibadət, Allaha bağlılıq yolu doğru yol kimi tanıtdırılır.)

Tez-tez Verilən Suallar

Məryəm surəsi 36-cı ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 36-cı ayəsi nə haqqındadır?
(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
Məryəm surəsi 36-cı ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 36-cı ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 36-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 36-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 36-cı ayənin təfsiri nədir?
"Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Beləsə, Ona pərəstiş edin, doğru yol budur.”NöqtələrHəzrət İsa özünü belə tanıtdırır: ”Mən Allahın bəndəsiyəm.” Ona ilkin olaraq namaz və ibadət haqqında göstəriş gəldi. Onun ilkin olaraq elan etdiyi proqram da Allaha pərəstiş və ibadət idi.Həzrət Məsihin tövhid məsələsində israrı və tövhidi doğru yol sayması onu Allahın oğlu sayanlara, üç üqnumçulara yetərli cavabdır. (Uyğun nöqtəyə "Ali-İmran” surəsinin 51-ci, "Zuxruf” surəsinin 64-cü ayələrində də...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.