Məryəm surəsi · 38-ci ayə

Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Bizim hüzurumuza gəldikləri gün necə də yaxşı eşidir və görürlər. Amma zalımlar bu gün açıq-aşkar azğınlıqdadır.”

Nöqtələr
Xüsusi mövqe, məqsəd və birliyə malik olan dəstə "hizb” adlanır.
"Məşhəd” dedikdə ya xalqın hüzur məhəlli, ya da şəhadət verilən yer nəzərdə tutulur. Qiyamət günü həm insanlar bir yerə toplanar, həm də mələklər və peyğəmbərlər insanların əməllərinə şəhadət verər.
Bəzi insanlar İsanı Allah sayırdı. "Yəqubiyyə” kimi bəzi firqələr onu Allahın oğlu kimi qəbul edirdi. "Nəsturiyyə” kimi, "İsrailiyyə” kimi firqələr üç üqnuma inanırdı. Amma bütün bu firqələr qiyamət günü öz əqidələrinin ziddinə şəhadət verəcəklər.(Hədid”, 10)
Bildirişlər
1. Həzrət İsa doğru yolu göstərsə də, ətrafdakılardan bir qrupu ixtilaf törədirdi.
2. Dəstəbazlıq, bilərəkdən ixtilaf yaratmaq tarix boyu müşahidə olunan bir gerçəkdir.
3. Kafirlər zalımdırlar. (Onlar özlərinə, əqidə məktəbinə və cəmiyyətə zülm edirlər.)

Tez-tez Verilən Suallar

Məryəm surəsi 38-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 38-ci ayəsi nə haqqındadır?
Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
Məryəm surəsi 38-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 38-ci ayənin təfsiri nədir?
"Bizim hüzurumuza gəldikləri gün necə də yaxşı eşidir və görürlər. Amma zalımlar bu gün açıq-aşkar azğınlıqdadır.”NöqtələrXüsusi mövqe, məqsəd və birliyə malik olan dəstə "hizb” adlanır."Məşhəd” dedikdə ya xalqın hüzur məhəlli, ya da şəhadət verilən yer nəzərdə tutulur. Qiyamət günü həm insanlar bir yerə toplanar, həm də mələklər və peyğəmbərlər insanların əməllərinə şəhadət verər.Bəzi insanlar İsanı Allah sayırdı. "Yəqubiyyə” kimi bəzi firqələr onu Allahın oğlu kimi qəbul edirdi. "Nəsturiyyə” k...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.