Məryəm surəsi · 40-cu ayə

Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Yer və onun əhlinin yeganə varisi Bizik və (hamı) Bizə doğru qaytarılar.”

Nöqtələr
Bütün bədbəxtçiliklər qəflətdən doğur: Allahdan, məaddan, günahın nəticələrindən, fitnələrdən, məhrumlardan, tarix və onun sünnələrindən, gənclik və istedadlardan, inkişaf zəminlərindən qəflət.
Bu ayənin oxşarı Quranın başqa yerlərində də gözə dəyir: "Hər şey fəna olar, yalnız cəlal və kərəm sahibi Allahın zatı əbədidir.”("Təfsire-Əl-mizan”. ); "Göylərin və yerin varisi yalnız Allahdır.”("Bihar”, c. 16, s. 95.)
Qiyamət gününün bir adı da "həsrət günüdür.” Həmin gün insan əldən buraxdığı fürsətlərə, tələf olmuş sərmayələrə görə təəssüf edər.
Bildirişlər
1. Peyğəmbərlərin vəzifələrindən biri də xəbərdarlıqdır.
2. Dünyada bacardığınız qədər çalışın. Qiyamətdə iş-işdən keçmişdir.
3. Qəflət küfr üçün zəmindir.
4. Qəflət və imansızlıq halında ölüm peşmançılıq səbəbidir.
5. İnsanın mal-mülkü onda qəflət doğurur, qəflət isə küfrə səbəb olur.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 40-cu ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 40-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.
Məryəm surəsi 40-cu ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 40-cu ayənin təfsiri nədir?
"Yer və onun əhlinin yeganə varisi Bizik və (hamı) Bizə doğru qaytarılar.”NöqtələrBütün bədbəxtçiliklər qəflətdən doğur: Allahdan, məaddan, günahın nəticələrindən, fitnələrdən, məhrumlardan, tarix və onun sünnələrindən, gənclik və istedadlardan, inkişaf zəminlərindən qəflət.Bu ayənin oxşarı Quranın başqa yerlərində də gözə dəyir: "Hər şey fəna olar, yalnız cəlal və kərəm sahibi Allahın zatı əbədidir.”("Təfsire-Əl-mizan”. ); "Göylərin və yerin varisi yalnız Allahdır.”("Bihar”, c. 16, s. 95.)Qiyam...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.