Məryəm surəsi · 45-ci ayə

Ey mənim atam, həqiqətən mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Ey ata! Həqiqətən, qorxuram ki, Rəhman tərəfindən sənə əzab gəlsin və şeytana dost olasan.”

Bildirişlər
1. Dəvət və təbliğdə daxili hisslərdən istifadə etməklə qəbul üçün zəmin yaradaq. (Bu ayələrdə "ey ata” müraciəti 4 dəfə işlədilmişdir.)
2. Peyğəmbərlər xalqa canıyanandırlar.
3. İnsan o qədər alçalır ki, rəhmət qaynağını qəzəbə vadar edir, Rəhman Allahı qəzəbləndirir.
4. Peyğəmbərlərin yaxınları da yolunu azdıqda ilahi əzaba düçar olur.
5. Doğru yolu tutmayan kəs şeytanın hakimiyyəti altına düşür.
6. Bir insanla dostuqsa, onun düşmənini dost tutmamalıyıq.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 45-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 45-ci ayəsi nə haqqındadır?
Ey mənim atam, həqiqətən mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.
Məryəm surəsi 45-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 45-ci ayənin təfsiri nədir?
"Ey ata! Həqiqətən, qorxuram ki, Rəhman tərəfindən sənə əzab gəlsin və şeytana dost olasan.”Bildirişlər1. Dəvət və təbliğdə daxili hisslərdən istifadə etməklə qəbul üçün zəmin yaradaq. (Bu ayələrdə "ey ata” müraciəti 4 dəfə işlədilmişdir.)2. Peyğəmbərlər xalqa canıyanandırlar.3. İnsan o qədər alçalır ki, rəhmət qaynağını qəzəbə vadar edir, Rəhman Allahı qəzəbləndirir.4. Peyğəmbərlərin yaxınları da yolunu azdıqda ilahi əzaba düçar olur.5. Doğru yolu tutmayan kəs şeytanın hakimiyyəti altına düşür....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.