Məryəm surəsi · 46-cı ayə

Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Dedi: "Ey İbrahim! Yoxsa mənim tanrılarımdan zara gəlmisən? Əgər (bu yoldan) əl çəkməsən, şübhəsiz, səni daşqalaq edəcəyəm. (İndi isə) uzun müddətlik məndən uzaqlaş.”

Nöqtələr
"İmla” sözündən olan "məliyya” sözü uzun müddət möhlət vermək mənasını bildirir.
Bildirişlər
1. Bəzən əqidəni gizlətmək lazım gəlir. (İbrahim sanki həmin anadək əqidəsini öz əmisindən gizləyirdi. Çünki əmisi onunla təəccüblə danışırdı.)
2. Bu ayədə peyğəmbərə təsəlli verilir. Əgər sənin əmin Əbu-Ləhəb kafirdirsə, İbrahimin də əmisi kafir idi.
3. İnsan o qədər alçalır ki, haqq söz ona acı və təəccüblü gəlir.
4. Yaşca özündən kiçikdən haqq söz qəbul etməmək təkəbbür nişanəsidir.
5. Vahid şüurlu Allahı qəbul etməyən kəs bir neçə şüursuz məbudu qəbul edəsidir.
6. Haqqın bəyanı və batillə mübarizə məhrumiyyətlərlə sonuclanır.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 46-cı ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 46-cı ayəsi nə haqqındadır?
Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!
Məryəm surəsi 46-cı ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 46-cı ayənin təfsiri nədir?
"Dedi: "Ey İbrahim! Yoxsa mənim tanrılarımdan zara gəlmisən? Əgər (bu yoldan) əl çəkməsən, şübhəsiz, səni daşqalaq edəcəyəm. (İndi isə) uzun müddətlik məndən uzaqlaş.”Nöqtələr"İmla” sözündən olan "məliyya” sözü uzun müddət möhlət vermək mənasını bildirir.Bildirişlər1. Bəzən əqidəni gizlətmək lazım gəlir. (İbrahim sanki həmin anadək əqidəsini öz əmisindən gizləyirdi. Çünki əmisi onunla təəccüblə danışırdı.)2. Bu ayədə peyğəmbərə təsəlli verilir. Əgər sənin əmin Əbu-Ləhəb kafirdirsə, İbrahimin də ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.