Məryəm surəsi · 48-ci ayə

Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Mən sizdən və Allahdan başqa çağırdıqlarınızdan kənara çəkilib Rəbbimə dua edirəm. Ümid edirəm ki, Rəbbimi çağırdığım vaxt əliboş qalmayacağam.”

Nöqtələr
Azğın ailə içində yaşayan allahpərəst gənclər İbrahimin yolunu tutmalıdırlar. Onlar ədəblə dəvət etməli, məntiqi şəkildə canıyananlıq göstərməli, dua etməklə yanaşı qorxutmalı, bağışlanma diləməklə birlikdə salam verməli və ən sonda ayrılmalıdırlar.
Bildirişlər
1. Rabitələri qırmaq nəhy əz münkərin (pisliyə qadağanın) son mərhələlərindəndir. (İslah edə bilmədiyimiz günahkar mühitdən ən azı uzaqlaşaq.)
2. İlahi məktəblərin əsas prinsiplərindən biri kafirlərdən üz çevirməkdir.
3. Bəraət (azğınlıqdan zara gəlib üz çevirmək) vilayətdən (haqq hakimiyyətin qəbulundan) öndə gəlir. Öncə şirk və zalım hakimdən uzaqlaşmaq, sonra haqqa qatılmaq lazımdır.
Bəli, "Div çıxanda qapıdan, mələk olur nümayan.” Öncə "La ilahə” ("yoxdur məbud”) sonra "illəllah” ("Allahdan başqa”). Quranda əvvəlcə zalım qüvvənin inkarı, sonra Allaha iman bəyan olunur.(Ənam”, 76, 79.)
4. Əgər dualarımızın İbrahim duası olmasını istəyiriksə, azğın insanlardan və azğınlıq mərkəzlərindən uzaq olmalıyıq.
5. Duada "Rəbb” sözü ilə müraciət etməyin mühüm rolu var.
6. Mömin qorxu ilə ümid arasındadır. Qorxu qalib gəldikdə insan ümidsizləşir, ümid qalib gəldikdə insan tənbəl olur. Bu səbəbdən də qorxu ilə ümid arası orta halı qorumaq lazımdır.
7. Duanın qəbulu ilahi bir fəzldir.
8. Peyğəmbərlər də öz gələcəkləri ilə bağlı Allaha ümid edirlər.("Həcc”, 78)

Tez-tez Verilən Suallar

Məryəm surəsi 48-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 48-ci ayəsi nə haqqındadır?
Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
Məryəm surəsi 48-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 48-ci ayənin təfsiri nədir?
"Mən sizdən və Allahdan başqa çağırdıqlarınızdan kənara çəkilib Rəbbimə dua edirəm. Ümid edirəm ki, Rəbbimi çağırdığım vaxt əliboş qalmayacağam.”NöqtələrAzğın ailə içində yaşayan allahpərəst gənclər İbrahimin yolunu tutmalıdırlar. Onlar ədəblə dəvət etməli, məntiqi şəkildə canıyananlıq göstərməli, dua etməklə yanaşı qorxutmalı, bağışlanma diləməklə birlikdə salam verməli və ən sonda ayrılmalıdırlar.Bildirişlər1. Rabitələri qırmaq nəhy əz münkərin (pisliyə qadağanın) son mərhələlərindəndir. (İsla...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.