Məryəm surəsi · 50-cu ayə

Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 50
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Öz rəhmətimizdən onlara əta etdik, onlar üçün (xalq arasında) uca və yaxşı ad müəyyənləşdirdik.”

Nöqtələr

İBRAHIMIN SIMASI
–İbrahim ulduz, ay və günəşdən üz döndərib Allaha yetişdi.(Məryəm”, 46, 47.)
– İbrahim yolunu azmış əmisini boşlayıb, özü xalq üçün ata oldu.("Məryəm”, 48.)
–Əmisi ondan üz çevirdi, Allah isə ona lütf etdi.("Bəqərə”, 127)
–O, Allaha görə kənara çəkildiyi vaxt şöhrət tapdı.("Ənbiya”, 69.)
–Bütxanadan qaçıb tövhid evi tikdi.("Saffat”, 103.)
–Canını Allah yolunda verdi və od onun üçün gülüstan oldu.("Həcc”, 27.)
–Allah əmrinə görə oğlunu qurbanlıq üçün hazırladı, salamatlıqla qurtardı. Bunun da əvəzində qurbanlıq sünnəsi vacib oldu.("Məryəm”, 47; "Saffat”, 109. )
–Ömrünün axırlarınadək övladı olmadığı halda razı idi. Ömrünün sonunda nəslindən peyğəmbər qərar verildi.
–Ən xəlvət yerdə Kəbəni tikdi və bu ev yer üzünün ən cazibəli nöqtəsi oldu.
–Biyabanda tənha dayanıb fəryad çəkdi və bütün yer üzündən "ləbbeyk” səsi yetişdi.("Nisa”, 125.)
–Təşnə körpəsini biyabanda qoyub getdi, həmişəlik olaraq zəm-zəm çeşməsi qaynadı.
–Bütpərəst əmisinin hədələrinə salamla cavab verdi, Allah da ona salam göndərdi.("Hud”, 71.)
–O bir nəfər idi, bu gün isə səmavi məktəblər özünü İbrahim məktəbi sayır.
–Hamı onu düşmən saydığı bir vaxt Allah onu Özünə dost seçdi.("Hicr”, 40. )
Bildirişlər
1. Həm günahkarlardan, həm də günahdan uzaq olaq. Günahkarlardan uzaqlaşmaq o zaman səmərəlidir ki, insan həm də günahdan uzaqlaşsın.
2. Saleh övlad valideynin haqq uğrunda mübarizələrinin mükafatıdır.
3. Allahdan qeyrilərini boşlasaq, ilahi yardımlar nazil olar.
4. Övladdan da mühümü onun mənəvi məqamıdır.
5. Nəvələr də ilahi lütflərdəndir. (Yaqub İbrahimin nəvəsi idi.)("Taha”, 13.)
6. Peyğəmbərlik Allahın təyin etdiyi məqamdır.
7. Bir babanın ilahi hərəkəti onun nəslini ilahi mərhəmətdə qərq edir.
8. Kimin nəyi varsa Allahdandır.
9. Allahın rəhməti o qədər genişdir ki, peyğəmbərlərin əldə etdiyi onun kiçik bir hissəsidir.
10. Sevimlilik və yaxşı ad ilahi lütflərdəndir. (İbrahim elə bir məqama yüksəldi ki, bütün müşriklər, yəhudilər və məsihilər "İbrahim bizdəndir” dedilər.)
11. İlahi insanların duası qəbul olur. (İbrahim Allahdan yaxşı ad istədi və öz istəyinə çatdı.)

Tez-tez Verilən Suallar

Məryəm surəsi 50-cu ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 50-cu ayəsi nə haqqındadır?
Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.
Məryəm surəsi 50-cu ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 50-cu ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 50-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 50-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 50-cu ayənin təfsiri nədir?
"Öz rəhmətimizdən onlara əta etdik, onlar üçün (xalq arasında) uca və yaxşı ad müəyyənləşdirdik.”NöqtələrİBRAHIMIN SIMASI–İbrahim ulduz, ay və günəşdən üz döndərib Allaha yetişdi.(Məryəm”, 46, 47.)– İbrahim yolunu azmış əmisini boşlayıb, özü xalq üçün ata oldu.("Məryəm”, 48.)–Əmisi ondan üz çevirdi, Allah isə ona lütf etdi.("Bəqərə”, 127)–O, Allaha görə kənara çəkildiyi vaxt şöhrət tapdı.("Ənbiya”, 69.)–Bütxanadan qaçıb tövhid evi tikdi.("Saffat”, 103.)–Canını Allah yolunda verdi və od onun üçün...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.