Məryəm surəsi · 51-ci ayə

Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Bu kitabda Musanı yad et. Çünki o, xalis bir bəndə və göndərilmiş peyğəmbər idi.”

Nöqtələr
"Müxlis” dedikdə yalnız Allahın razılığı üçün iş görən şəxs nəzərdə tutulur. Amma belə bir şəxsə şeytanın təsir göstərib onu şirkə çəkməsi mümkündür. Bir çoxları əzab və təhlükə zamanı müxlis olsa da, təhlükə sovuşduqdan sonra şirkə meyl edirlər. "Muxləs” dedikdə isə şeytanın nüfuz edə bilmədiyi seçilmiş insanlar nəzərdə tutulur.("Taha”, 41.)"Təfsiri-kəşşaf”da bildirilir ki, "müxlis” Allah üçün çalışan, "müxləs” isə Allahın Özü üçün xalis edib seçdiyi kəsdir. Belələrinə Allahdan başqa kimsə təsir edə bilmir.
Musanın seçilməsi gerçəkliyi ilə başqa ayələrdə də rastlaşırıq: "Mən səni seçdim.”("Təfsire-Əl-mizan”; "Təfsire-nurus-səqəleyn”. ); "Mən səni özüm üçün seçdim.”(Sad”, 45)
Həzrət Musa həm rəsul, həm də nəbi idi. "Nəbiyy” dedikdə mələyin səsini eşidib, özünü görməyən kəs nəzərdə tutulur. "Rəsul” isə səs eşitməklə yanaşı mələyi müşahidə edir.("Təfsire-Əl-mizan”. )
Bildirişlər
1. Böyük şəxsiyyətləri xatırlamağın tərbiyəvi və nümunəvi təsirləri var.
Peyğəmbərlərin tarixi, onların apardıqları mübarizə yolu, ilahi sünnələr və qeybi yardımlarla tanışlıq təcrübə və ibrət üçün zəmindir, eləcə də təsəlli amilidir. (Xüsusi ilə də həzrət Musanın yüzlərlə ayəni əhatə etmiş macəralı tarixi.)
2. Mənəvi dəyərlər xatirə meyarıdır.
3. Xalislik (ixlas) mənəvi məqamlara çatmaq zəminidir.
4. Peyğəmbərlər məsumdur və şeytan onlara nüfuz edə bilmir.
5. Allah risalətin tamamlanması, peyğəmbərlik missiyasının başa çatdırılması üçün bir qrup insanı xalis (müxləs) etmişdir.("Nisa”, 164.)

Tez-tez Verilən Suallar

Məryəm surəsi 51-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 51-ci ayəsi nə haqqındadır?
Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.
Məryəm surəsi 51-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 51-ci ayənin təfsiri nədir?
"Bu kitabda Musanı yad et. Çünki o, xalis bir bəndə və göndərilmiş peyğəmbər idi.”Nöqtələr"Müxlis” dedikdə yalnız Allahın razılığı üçün iş görən şəxs nəzərdə tutulur. Amma belə bir şəxsə şeytanın təsir göstərib onu şirkə çəkməsi mümkündür. Bir çoxları əzab və təhlükə zamanı müxlis olsa da, təhlükə sovuşduqdan sonra şirkə meyl edirlər. "Muxləs” dedikdə isə şeytanın nüfuz edə bilmədiyi seçilmiş insanlar nəzərdə tutulur.("Taha”, 41.)"Təfsiri-kəşşaf”da bildirilir ki, "müxlis” Allah üçün çalışan, "mü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.