Məryəm surəsi · 52-ci ayə

Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Turun sağ tərəfindən ona nida etdik və (özümüzə yaxın məqama) gizli danışığa yaxınlaşdırdıq.”

Bildirişlər
1.”Əymən” sözü ya "yomn” sözündən olub mübarək mənasını bildirir, ya da "yəmin” sözündən olub sağ tərəf mənasını ifadə edir.
Ayənin əvvəlində nida, sonunda münacatdan danışılması Allahın mehribanlıq göstərməsi nişanəsidir. Elə bil ki, mehriban ağa öz qulunu səsləyib deyir: gəl yanımda otur, xüsusi bir söhbət edək.("Təfsire-kəşful-əsrar”.)
Quranda Musanın Allahla danışıq və rabitəsi həm "təkəllüm”, həm "nida”, həm də "nəcva” sözləri ilə bəyan olunur.("Taha”, 29, 31. )
Ayədə yaxınlıq deyilərkən məkan yaxınlığı yox, məqam yaxınlığı nəzərdə tutulur.
Tur dağı Misirlə Mədyən arasında yerləşir.("Təfsire-Əl-mizan”.)
Bildirişlər
1. Allah-təala peyğəmbərləri lütf və mehribanlıqla addım-addım özünə yaxınlaşdırır.
2. Bəzi məkanlarda müqəddəslik var.
3. Yaxınlıq və xəlvət danışıq zamanı ən üstün məqamlardandır. (Həzrət Əli (ə) buyurur: "Behişt əhli oranın nemətlərindən bəhrələndiyi vaxt Allaha yaxın məqamda olanlar ("əhlullah”) Onunla raz-niyaza məşğul olarlar.”)
4. Allah bəzi məsələləri peyğəmbərlərlə xəlvəti, məhrəmanə danışar.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 52-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 52-ci ayəsi nə haqqındadır?
Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.
Məryəm surəsi 52-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 52-ci ayənin təfsiri nədir?
"Turun sağ tərəfindən ona nida etdik və (özümüzə yaxın məqama) gizli danışığa yaxınlaşdırdıq.”Bildirişlər1.”Əymən” sözü ya "yomn” sözündən olub mübarək mənasını bildirir, ya da "yəmin” sözündən olub sağ tərəf mənasını ifadə edir.Ayənin əvvəlində nida, sonunda münacatdan danışılması Allahın mehribanlıq göstərməsi nişanəsidir. Elə bil ki, mehriban ağa öz qulunu səsləyib deyir: gəl yanımda otur, xüsusi bir söhbət edək.("Təfsire-kəşful-əsrar”.)Quranda Musanın Allahla danışıq və rabitəsi həm "təkəllü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.