Məryəm surəsi · 58-ci ayə

Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din və səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Onlar Allah tərəfindən (xüsusi) nemət əta olunmuş peyğəmbərlər idilər. Onlar Adəm nəslindən, Nuhla (gəmiyə) süvar etdiklərimizdən, İbrahim və İsrail nəslindən, hidayət etdiklərimizdən və seçdiklərimizdən olan peyğəmbərlər idi. Onlara Rəhman Allahın ayələri oxunan zaman səcdə qılar, ağlar halda üzü üstə torpağa düşərdilər.”

Nöqtələr
Ötən ayələrdə 10 peyğəmbərin adı çəkildi. Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yaqub, Musa, Harun, İsmail və İdris. Bu ayədə isə həmin şəxslərə nemət verildiyi bəyan olunur. Biz hər gün namazda on dəfə Allahdan diləyirik ki, bizi azğınların yox, məhz bu insanların yoluna yönəltsin.
Adəm nəsli dedikdə İdris nəzərdə tutulur. Nuhun gəmisinə süvar olanların nəsli dedikdə Nuhun nəvəsi həzrət İbrahim başa düşülür. İbrahim nəsli ifadəsi İshaq, İsmail və Yaquba aiddir. Musa, Harun, Zəkəriyya, Yəhya və İsa isə İsrail nəsli kimi yada salınmışdır.("Bəqərə”, 256)
Hədisdə oxuyuruq: "Quran tilavət edərkən ya qəmlənib ağlayın, ya da özünüzü həmin hala gətirin.(Bihar”, c. 11, s. 72.)
Göz yaşı axıdaraq uzun səcdələr qılan ilahi insanlar zümrəsinə ən yaxşı nümunə İslam Peyğəmbəri (s) və onun məsum Əhli-beytidir. Ramazan ayı, Ərəfə və digər münacatlarda Peyğəmbər (s) və onun məsum Əhli-beytinin göz yaşları ilə müşayiət olunan uzun səcdələri haqqında yetərli məlumatlar var.
Bildirişlər
1. Bütün peyğəmbərlərin məqsədi birdir. (Allah Öz peyğəmbərlərini ardıcıl şəkildə eyni səciyyələrlə vəsf edir.)
2. Həqiqi nemət verən ("Munim”) Allahdır.
3. İrsiyyət qanununa əsasən, nəslin tərbiyəsinə valideyn və babaların təsiri var.
4. Bütün peyğəmbərlər Adəm nəslindən olsalar da, Nuhun, İbrahimin və İsrailin (Yaqubun) adı xüsusi ehtiramla çəkilir.
5. Səcdə halında ağlamaq o qədər dəyərlidir ki, Allah bu zümrəni xüsusi yada salır.
6. Allah dərgahına üz tutub ağlamaq və yalvarmaq təkamül, mərifət, tövfiq və seçilmə nişanəsidir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 58-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 58-ci ayəsi nə haqqındadır?
Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslər...
Məryəm surəsi 58-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 58-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 58-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 58-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 58-ci ayənin təfsiri nədir?
"Onlar Allah tərəfindən (xüsusi) nemət əta olunmuş peyğəmbərlər idilər. Onlar Adəm nəslindən, Nuhla (gəmiyə) süvar etdiklərimizdən, İbrahim və İsrail nəslindən, hidayət etdiklərimizdən və seçdiklərimizdən olan peyğəmbərlər idi. Onlara Rəhman Allahın ayələri oxunan zaman səcdə qılar, ağlar halda üzü üstə torpağa düşərdilər.”NöqtələrÖtən ayələrdə 10 peyğəmbərin adı çəkildi. Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yaqub, Musa, Harun, İsmail və İdris. Bu ayədə isə həmin şəxslərə nemət verildiyi bəyan...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.