Məryəm surəsi · 63-cü ayə

Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Bu, hər bir təqvalı (pəhrizkar) bəndəmizə irs verdiyimiz həmin behiştdir.”

Nöqtələr
Ötən ayədə "cənnət” sözü tək formada işlənmişdir. Bu ayədə isə həmin söz cəm formada, yəni "cənnat” şəklində qeyd olunmuşdur. Aydın olur ki, behişt əhli üçün nəzərdə tutulmuş bağlar çoxsaylıdır.
Bu təbir belə də anlaşıla bilər ki, hər bir behişt əhli üçün dörd bağ nəzərdə tutulmuşdur. "Ər-rəhman” surəsində bu nöqtəyə işarə olunur. Surədə bildirilir ki, təqva əhli üçün iki və başqa iki bağ mövcuddur.("Tövbə”, 111.) Bu bağlar ya bir-birinə yaxındır, ya aşağı qatlara malikdir, ya da behişt əhli arasında müxtəlif dərəcələr olduğundan bağlar da çeşidlidir.("Nurus-səqəleyn”. )
Qurani-kərim ilahi vədlərin gerçəkləşməsi ilə bağlı dəfələrlə söhbət açmışdır. Məsələn, buyurulur ki, kimdir Allahdan vəfalısı?("Təfsire-nurus-səqəleyn”; "Məhasini-bərqi”.)
Boş danışıqlardan uzaqlığın behişt üçün imtiyaz sayılmasında məqsəd bu ola bilər ki, bu günkü həyatımızda boş danışıq və işlərdən uzaq olaq. Belə bir nöqtəyə də işarə olunması mümkündür: Kafirlərin dünyada möminlərə əziyyət verən danışıqlarına behiştdə yer yoxdur.
"Nurisumin ibadina mən kanə təqiyya” cümləsində həm behiştin açarı olan təqvaya işarə olunmuşdur, həm də əziyyətsiz olaraq bir nemətə çatmaq mənasını bildirən irs təbiri işlədilmişdir. Təqva behişt açarı olsa da, bütün mükafatlar Allahın bizə ayırdığı irsdir. Əslində bizim əməllərimizin nəzərdə tutulmuş həddə mükafatı yoxdur. Behişt Allah tərəfindən irs olaraq təqva əhlinə verilən mükafatdır.
Hədisdə oxuyuruq: "Hər bir insanın behişt və cəhənnəmdə yeri var. Behiştə düşən insanın cəhənnəmdəki yeri cəhənnəm əhlinə irs verilir. İnsan cəhənnəmə düşdükdə onun Behiştdəki yeri irs olaraq Behişt əhlinə çatır.("Zumər”, 73, "Vaqiə”, 91)
Bir şəxs İmam Sadiqə (ə) mədə ağrılarından şikayətləndi. Həzrət ona buyurdu: ”Gün uzunu 2 dəfə–sübh və axşam ye. Sübh və axşam arası (günorta) yemək yemə, bu, bədəndə fəsad yaradır.” Sonra imam hazırkı ayəni tilavət etdi.("Təfsire-kəşful-əsrar”.)
Bildirişlər
1. Behişt bağlarına sakinlik həmişəlikdir. ("Ədn” sözü sakinlik mənasını bildirir.)
2. Vəd olunmuş bütün lütflərin qaynağı Rəhman Allahın lütfüdür.
3. Biz bu gün ilahi vədlərin həqiqətini dərk etmirik.
4. Behişt əhli arasında "salam” sözü geniş yayılmış sözdür. Behişt mühiti əmin-aman mühitdir. Behişt əhli həm mələklərin, həm də dostların salamını eşidir.(Təfsire-fi zilalil Quran”; "Təfsire-Tibyan”.)
5. Behiştdə səhər və axşam kimi vaxt fərqləri var.
6. Behiştdə həm ruhi aramlıq, həm fiziki ehtiyaclar təmin olunur.
7. Behişt ən üstün mülkiyyət növüdür. O, əta olunduqdan sonra geri alınmır, əskildilmir.("Tövhidi-Səduq”, s. 263. )
8. Behişt təqva əhli üçün mirasdır.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 63-cü ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 63-cü ayəsi nə haqqındadır?
Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir.
Məryəm surəsi 63-cü ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 63-cü ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 63-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 63-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 63-cü ayənin təfsiri nədir?
"Bu, hər bir təqvalı (pəhrizkar) bəndəmizə irs verdiyimiz həmin behiştdir.”NöqtələrÖtən ayədə "cənnət” sözü tək formada işlənmişdir. Bu ayədə isə həmin söz cəm formada, yəni "cənnat” şəklində qeyd olunmuşdur. Aydın olur ki, behişt əhli üçün nəzərdə tutulmuş bağlar çoxsaylıdır.Bu təbir belə də anlaşıla bilər ki, hər bir behişt əhli üçün dörd bağ nəzərdə tutulmuşdur. "Ər-rəhman” surəsində bu nöqtəyə işarə olunur. Surədə bildirilir ki, təqva əhli üçün iki və başqa iki bağ mövcuddur.("Tövbə”, 111.)&...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.