Məryəm surəsi · 64-cü ayə

(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 64
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Biz (mələklər) yalnız Rəbbinin əmri ilə nazil oluruq; qarşımızda (gələcəkdə), arxamızda (keçmişdə) və ikisinin arasında nə varsa Onundur. Sənin Rəbbin unutqan deyil.”

Nöqtələr
"Əl-mizan” təfsirində oxuyuruq: "Bəziləri bu iki ayəni əvvəlki ayələrlə əlaqələndirməyə çalışsalar da, əslində onlar müstəqildir.
"Təfsire-Fəxr-Razi”, "Təfsire-Təbəri”, "Təfsire-Tibyan” mənbələrində oxuyuruq: "Peyğəmbərə (s) gələn vəhyin arası bir müddət kəsildi. Bu, peyğəmbərin nigarançılığına və müxaliflərin tənəsinə səbəb oldu: Ayə nazil edildi: "Rəbbin unutqan deyil.” "Zuha” surəsinin 3-cü ayəsi də bu ayənin oxşarıdır.
Bildirişlər
1. Quran tədricən və Allahın əmri əsasında nazil olur.
2. Mələklər Allahın əmrinə təslimdir.
3. Hər şeyin həqiqi sahibi Odur.
4. Vəhy Allah əmri əsasında təxirə salınmışdı. Bu təxirin səbəbi Allahın Öz peyğəmbərini unutması deyildi.("Kəf”, c. 1, s. 147. )

Tez-tez Verilən Suallar

Məryəm surəsi 64-cü ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 64-cü ayəsi nə haqqındadır?
(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasında...
Məryəm surəsi 64-cü ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 64-cü ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 64-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 64-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 64-cü ayənin təfsiri nədir?
"Biz (mələklər) yalnız Rəbbinin əmri ilə nazil oluruq; qarşımızda (gələcəkdə), arxamızda (keçmişdə) və ikisinin arasında nə varsa Onundur. Sənin Rəbbin unutqan deyil.”Nöqtələr"Əl-mizan” təfsirində oxuyuruq: "Bəziləri bu iki ayəni əvvəlki ayələrlə əlaqələndirməyə çalışsalar da, əslində onlar müstəqildir."Təfsire-Fəxr-Razi”, "Təfsire-Təbəri”, "Təfsire-Tibyan” mənbələrində oxuyuruq: "Peyğəmbərə (s) gələn vəhyin arası bir müddət kəsildi. Bu, peyğəmbərin nigarançılığına və müxaliflərin tənəsinə səbəb...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.