Məryəm surəsi · 65-ci ayə

O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Göylərin və yerin, onların arasında olanların Rəbbi! Yalnız Ona pərəstiş et, Ona ibadətə səbirli ol. Ona bənzərini tanıyırsanmı?!”

Nöqtələr
"Səmiyy” sözü ilə bağlı bir neçə məna zikr olunmuşdur: Şərik, bənzər, həm ad (adaş), övlad. Ötən ayədəki "Rəbbikə” və bu ayədəki "Rəbbus-səmavati vəl-ərz” sözləri bütün varlıq aləmi ilə birlikdə bəşər həyatının idarəçiliyindəki vəhdəti göstərir.
İbadət təkcə Allahın zikri, namaz deyil. Bu sayaq ibadətlərdə elə bir çətinlik yoxdur ki, səbir və dözümə ehtiyac duyulsun. Səbir və dözüm tələb edən ibadət insanı təzadlarla, zalım qüvvələrlə, problemlərlə üzbəüz qoyan ibadətdir. Yalnız belə məqamlarda insanın səbir və dözümə ehtiyacı olur.
Həzrət Əli (ə) ayədəki "həl tələmu ləhu səmiyya” təbiri ilə bağlı buyurur: "Kimsə "Allah” adı ilə adlandırılmamışdır.”("Bihar”, c. 5, s. 84.)
Bildirişlər
1. Bizim Allah qarşısındakı ibadətlərimizin fəlsəfəsi varlıq aləmində yalnız Ona məxsus olan rübubiyyətdir.
2. İbadət səbir tələb edir. (İbadət bir növ azğın nəfs istəkləri və azğın qüvvələrlə mübarizədir.)
3. Allah səni unutmayıb, sən də Onu unutma.
4. Allahın övladı yoxdur, Ona bənzəri tapılmaz.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 65-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 65-ci ayəsi nə haqqındadır?
O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?
Məryəm surəsi 65-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 65-ci ayənin təfsiri nədir?
"Göylərin və yerin, onların arasında olanların Rəbbi! Yalnız Ona pərəstiş et, Ona ibadətə səbirli ol. Ona bənzərini tanıyırsanmı?!”Nöqtələr"Səmiyy” sözü ilə bağlı bir neçə məna zikr olunmuşdur: Şərik, bənzər, həm ad (adaş), övlad. Ötən ayədəki "Rəbbikə” və bu ayədəki "Rəbbus-səmavati vəl-ərz” sözləri bütün varlıq aləmi ilə birlikdə bəşər həyatının idarəçiliyindəki vəhdəti göstərir.İbadət təkcə Allahın zikri, namaz deyil. Bu sayaq ibadətlərdə elə bir çətinlik yoxdur ki, səbir və dözümə ehtiyac du...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.