Məryəm surəsi · 73-cü ayə

Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Nə vaxt aydın ayələrimiz onlara oxunsa, küfrə uğrayanlar iman gətirənlərə deyərlər: "Bizlərdən hansımızın yeri daha üstün, məclisi daha gözəldir?”

Nöqtələr
"Nədiyy” dedikdə hər hansı məclis və ya müşavirə məclisi nəzərdə tutulur. "Darun-nədvə” ifadəsi şura məclisi mənasını bildirir. "Ənkəbut” surəsinin 29-cu ayəsində "Siz öz məclisinizdə günah edirsiniz”, "Ələq” surəsinin 17-ci ayəsində "Öz müşavirlərini çağırdı” cümlələri bəyan olunur.
Kafirlər möminləri məsxərəyə qoyaraq və ya sual formasında deyirdilər: "Nəzir ibn Haris və Vəlid ibn Müğeyrə kimi sərvətlilər üstündür, yoxsa Bilal və Əmmar kimi yoxsullar?” Onlar bu sayaq təkəbbür göstərib özlərini müsəlmanlardan ayırır və iman gətirmirdilər.
Bəli, bəziləri çalışırlar ki, öz mənəvi nöqsanlarını maddi görüntülərlə ört-basdır etsinlər. Bəzi rəvayətlərdə deyilir: Kafir əyanlar gözəl və dəbdəbəli libaslar geyinir, Peyğəmbər (s) və onun tərəfdarlarının qarşısından ötərək onlara alçaldıcı nəzərlərlə baxırdılar.("Kafi”, c. 1, s. 431.)
Xərabəti süzmə həqarətlə sən,
Sınıq kuzə gördün qaldır yerindən.

Bildirişlər
1. Möminlər düşmənlərin təbliğat və şübhələrinə cavab üçün hazır olmalıdırlar.
2. Düzgün əqidə və məntiqlə dünyəvi rifah arasında əlaqə yoxdur. Din düşmənləri deyirdilər: "Əgər bizim yolumuz batildirsə, nə üçün maddi durumumuz sizdən üstündür?”
3. Pul və var-dövlət haqlılıq və şəxsiyyət nişanəsi deyil.
4. Fəxr (öyünmək) və lovğalıq küfr üçün zəmin yaradır.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 73-cü ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 73-cü ayəsi nə haqqındadır?
Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
Məryəm surəsi 73-cü ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 73-cü ayənin təfsiri nədir?
"Nə vaxt aydın ayələrimiz onlara oxunsa, küfrə uğrayanlar iman gətirənlərə deyərlər: "Bizlərdən hansımızın yeri daha üstün, məclisi daha gözəldir?”Nöqtələr"Nədiyy” dedikdə hər hansı məclis və ya müşavirə məclisi nəzərdə tutulur. "Darun-nədvə” ifadəsi şura məclisi mənasını bildirir. "Ənkəbut” surəsinin 29-cu ayəsində "Siz öz məclisinizdə günah edirsiniz”, "Ələq” surəsinin 17-ci ayəsində "Öz müşavirlərini çağırdı” cümlələri bəyan olunur.Kafirlər möminləri məsxərəyə qoyaraq və ya sual formasında de...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.