Məryəm surəsi · 82-ci ayə

Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 82
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Heç vaxt (bu arzuya çatmazlar), tezliklə, məbudlar onların pərəstişini inkar edəcək və onlara müxalif çıxacaqlar.”

Nöqtələr
Əllamə Təbatəbai bildirir ki, "kəlla səyəkfurun” cümləsi iki cür təfsir olunur:
a) Müşriklər öz ibadətlərini inkar edib bütlərə müxalif olacaqlar;
b) Zalım güclər və bütlər müşriklərə şəfaət və izzət vermək əvəzinə, onlara qarşı qiyam qaldıracaqlar. Quranda bu mənanı təsdiqləyən başqa ayələr də var.("Təfsire-nümunə”. )
"Əziz” dedikdə bütün zərər və şərdən amanda olan qalib və nüfuzolunmaz nəzərdə tutulur.
İmam Sadiq (ə) buyurur: "Alihə” dedikdə xalqın itaət edib izzət gözlədiyi rəislər nəzərdə tutulur.("Təfsire-nurus-səqəleyn”.)Zalım güc və şeytan kimi məbudların öz ardıcılları ilə müxalifliyi aydın məsələdir. Ola bilsin ki, daş, ağac və digər cansız bütlər qiyamət günü Allahın irdəsi ilə dilə gəlib onlara pərəstiş edən müşriklərə qarşı çıxsınlar.("Taha”, 120)
İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: "Ayədə ibadət deyərkən səcdə və rüku nəzərdə tutulmamışdır. Bu ibadət tabeçilik mənasındadır. Bir məxluqa itaət etməklə günaha batan insanın itaəti bir növ pərəstişdir.("Nəhl”, 100.)
Bildirişlər
1. İnsan fitrətində izzət istəyi var. Amma o, hədəfi düz seçmir, həqiqi izzət mənbəyinə üz tutmur.
2. Qiyamət yaxındır, buna inanaq.
3. Allah əvəzində yanlış olaraq insanın üz tutduğu şeylər onun ziddinə qiyam qaldıracaq.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 82-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 82-ci ayəsi nə haqqındadır?
Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
Məryəm surəsi 82-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 82-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 82-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 82-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 82-ci ayənin təfsiri nədir?
"Heç vaxt (bu arzuya çatmazlar), tezliklə, məbudlar onların pərəstişini inkar edəcək və onlara müxalif çıxacaqlar.”NöqtələrƏllamə Təbatəbai bildirir ki, "kəlla səyəkfurun” cümləsi iki cür təfsir olunur:a) Müşriklər öz ibadətlərini inkar edib bütlərə müxalif olacaqlar;b) Zalım güclər və bütlər müşriklərə şəfaət və izzət vermək əvəzinə, onlara qarşı qiyam qaldıracaqlar. Quranda bu mənanı təsdiqləyən başqa ayələr də var.("Təfsire-nümunə”. )"Əziz” dedikdə bütün zərər və şərdən amanda olan qalib və n...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.