Məryəm surəsi · 87-ci ayə

(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Rəhmanla əhd bağlayanlardan başqa kimsə şəfaət sahibi deyil.”

Nöqtələr
Quran şəfaət üçün müəyyən şərtlər irəli sürür. Hər şəxs istədiyi bir şeyi şəfaətçi seçə bilməz. Qiyamət günü kafirlər hansı qapını döyər, kimdən sığınacaq istəyərlərsə, mənfi cavab alarlar.
Ola bilsin ki, "əhd” dedikdə Allaha bəndəlik əhdi və şeytandan uzaqlıq nəzərdə tutulmuşdur. Quran buyurur: "Ey insanlar! Sizdən əhd almadıqmı ki, şeytana itaət etməyəsiniz?! O sizə aşkar bir düşməndir. Yalnız Mənə pərəstiş edin, doğru yol budur.”("Təfsire-Əl-mizan”. ) Digər bir ayədə oxuyuruq: "Həmin gün Allahın icazə verib sözündən razı qaldığı kəsdən savay kimsənin şəfaətində fayda yoxdur.("Təfsire-Məcməül-bəyan”. )
"Əhd” sözü rəvayətlərdə bir neçə cür təfsir olunmuşdur:
a) Əmirəlmöminin Əli ibn Əbu-Talib (ə) və ondan sonrakı imamların vilayəti ilə bağlı öhdəçilik.("Təfsire-Əl-mizan”.)
b) Ölüm zamanı vəsiyyət; insan xalqı ətrafına toplayıb deyir: «Mən "la ilahə illəllah, Muhəmmədən rəsulullah” sözlərinə, behişt və cəhənnəmin gerçəkliyinə şəhadət verirəm.»("İsra”, 40. )
v) Gündəlik namazların yerinə yetirilməsi ilə bağlı öhdəçilik.(Tövbə”, 30.)
Bildirişlər
1. Şəfaətin öz qanunauyğunluqları var və Allahın nəzarəti altındadır.
2. Allahın istəyi olmasa kimsədə şəfaət gücü və haqqı yoxdur.
3. Şəfaət geniş ilahi rəhmətin bir cilvəsidir.
4. Xalis və Allahla əhdi olan fərdlərin şəfaət haqqı var.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 87-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 87-ci ayəsi nə haqqındadır?
(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
Məryəm surəsi 87-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 87-ci ayənin təfsiri nədir?
"Rəhmanla əhd bağlayanlardan başqa kimsə şəfaət sahibi deyil.”NöqtələrQuran şəfaət üçün müəyyən şərtlər irəli sürür. Hər şəxs istədiyi bir şeyi şəfaətçi seçə bilməz. Qiyamət günü kafirlər hansı qapını döyər, kimdən sığınacaq istəyərlərsə, mənfi cavab alarlar.Ola bilsin ki, "əhd” dedikdə Allaha bəndəlik əhdi və şeytandan uzaqlıq nəzərdə tutulmuşdur. Quran buyurur: "Ey insanlar! Sizdən əhd almadıqmı ki, şeytana itaət etməyəsiniz?! O sizə aşkar bir düşməndir. Yalnız Mənə pərəstiş edin, doğru yol bu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.