Məryəm surəsi · 96-cı ayə

Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Həqiqətən, Rəhman Allah iman gətirib saleh işlər görənlər üçün tezliklə (qəlblərdə) məhəbbət qərar verər.”

Nöqtələr
İmanlı və saleh insanlar dünyadan köçərkən hətta günahkar fərdlərin qəmləndiyini çox görmüşük. Onlar özlərindən ixtiyarsız olaraq kədərlənir, göz yaşı axıdır, dünyadan köçən saleh insanın xatirəsini əziz tutur, qəbrini ziyarət edir və başqalarına onunla bağlı xatirələr danışırlar. Bütün bunlar pak və insanpərvər fitrətdən qaynaqlanır.
Bəli, yalnız Allaha könül verən kəsə xalqın qəlbində yer verilir. Allah Onu yada salanları yad edir.("Təfsire-Fərat”. )
İmam Sadiq (ə) buyurur: "Əmirəlmöminin (ə) vilayəti Allahın möminlərə saleh əməl müqabilində verdiyi mükafatdır.(Hud”, 1.) İman əhlinin Həzrət Əliyə (ə) məhəbbəti ilə bağlı həzrət Peyğəmbərdən (s) də oxşar rəvayətlər nəql olunmuşdur.(Bihar”, c. 46, s. 30. )

Bildirişlər
1. Əməlsiz iman, imansız əməl yetərsizdir.
2. İman və saleh əməl xalq sevgisinin açarıdır. Az sevildiyimizi gördükdə öz əqidə və əməllərimizi nəzərdən keçirək. Çünki Allahın vədi dəyişməzdir.
3. Sevimlilik də, qəlblər də Allahın əlindədir.
4. Sevimlilik möminlərə və ilahilərə nəsib olmuş ilahi rəhmətdir.
5. Bu gün sizin saleh əməliniz dəyərləndirilməsə də, bilin ki, ardıcıl səbir və təlaşınız gələcəkdə səmərə verəcək.
6. Sevimlilik dünyada nəsib olan ilahi lütf və mükafatlardandır. (Möminlər və salehlər axirət mükafatından əlavə dünyada da mükafatlandırılırlar.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 96-cı ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 96-cı ayəsi nə haqqındadır?
Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
Məryəm surəsi 96-cı ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 96-cı ayənin təfsiri nədir?
"Həqiqətən, Rəhman Allah iman gətirib saleh işlər görənlər üçün tezliklə (qəlblərdə) məhəbbət qərar verər.”Nöqtələrİmanlı və saleh insanlar dünyadan köçərkən hətta günahkar fərdlərin qəmləndiyini çox görmüşük. Onlar özlərindən ixtiyarsız olaraq kədərlənir, göz yaşı axıdır, dünyadan köçən saleh insanın xatirəsini əziz tutur, qəbrini ziyarət edir və başqalarına onunla bağlı xatirələr danışırlar. Bütün bunlar pak və insanpərvər fitrətdən qaynaqlanır.Bəli, yalnız Allaha könül verən kəsə xalqın qəlbi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.