Əl-Mumin surəsi · 67-ci ayə
Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ və qocalıq mərhələlərindən) qabaq vəfat edir. Və (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş və Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür və onun üçündür ki, (yaradılışın başlanğıcı və təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.
Tez-tez Verilən Suallar
Əl-Mumin surəsi 67-ci ayə haqqında suallar və cavablar
Əl-Mumin surəsinin 67-ci ayəsi nə haqqındadır?
Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız ...
Əl-Mumin surəsi 67-ci ayə hansı surədə yerləşir?
Əl-Mumin surəsi Quran-ı Kərimin 40-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Əl-Mumin surəsinin tərkib hissəsidir.
Əl-Mumin surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Mumin surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.