Ən-Nəhl surəsi · 102-ci ayə

De: «Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"De ki, onu (Quranı) Ruhul-qüdüs (Cəbrail) Rəbbin tərəfindən haqq olaraq, iman gətirənlərin sabitqədəmliyi, müsəlmanlara hidayət və müjdə üçün nazil edib.”
Nöqtələr
"Ruhul-qüdüs” həmin Ruhul-əmin, Cəbraildir. O, xəta və büdrəmədən uzaq olduğu üçün Ruhul-qüdüs adlandırılmışdır.
Bildirişlər
1. Böhtanlara cavab verilməlidir.
2. İlahi ayələr tədricən nazil olmuşdur. Quranın nazil olması ilə bağlı həm "ənzəlna”, həm də "nəzzələhu” təbirləri işlədilmişdir. Bunun səbəbi Quranın iki dəfə nazil olmasıdır: birinci dəfə Qədr gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə nazil olma, ikinci dəfə 23 il ərzində tədricən nazil olma.
3. Quranın bütün məzmunu və hər bir qanunun dəyişməsi xüsusi bir şəraitdə haqdır.
4. Vəhyin nazil olması Allahın rübubiyyət şəni, ilahi tərbiyə şərtidir.
5. Vəhyin nazil olması müsəlmanların sabitqədəmliyinə təsirlidir.
6. Sabitqədəmlik və onun əldə olunması üçün Allahdan yardım diləyək.
7. İmanı dəyərli edən sabitqədəmlikdir.
8. Sağlam ruhiyyə və təslimçilik hidayət və müjdə əldə olunmasında şərtdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 102-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 102-ci ayəsi nə haqqındadır?
De: «Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.
Ən-Nəhl surəsi 102-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 102-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 102-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 102-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 102-ci ayənin təfsiri nədir?
"De ki, onu (Quranı) Ruhul-qüdüs (Cəbrail) Rəbbin tərəfindən haqq olaraq, iman gətirənlərin sabitqədəmliyi, müsəlmanlara hidayət və müjdə üçün nazil edib.”Nöqtələr"Ruhul-qüdüs” həmin Ruhul-əmin, Cəbraildir. O, xəta və büdrəmədən uzaq olduğu üçün Ruhul-qüdüs adlandırılmışdır.Bildirişlər1. Böhtanlara cavab verilməlidir.2. İlahi ayələr tədricən nazil olmuşdur. Quranın nazil olması ilə bağlı həm "ənzəlna”, həm də "nəzzələhu” təbirləri işlədilmişdir. Bunun səbəbi Quranın iki dəfə nazil olmasıdır: bir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.