Ən-Nəhl surəsi · 110-cu ayə

Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 110
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Şübhəsiz, Rəbbin çətinliklərdən sonra hicrət edən və cihada qalxıb sabitqədəmlik göstərənlər üçün bağışlayan və mehribandır.”
Nöqtələr
Ötən ayələrə nəzər saldıqda görürük ki, müsəlmanlar bir neçə dəstədən idilər:
1. Kafirlərin işgəncəsi altında canından keçib dillərinə küfr söz gətirməyənlər. Məsələn: Əmmarın ata-anası.
2. Qəlbən imanlı olub canını qurtarmaq üçün təqiyyə edənlər. Məsələn: Əmmar.
3. İman gətirdikdən sonra kafir, başqa sözlə, mürtəd olanlar.
4. Fitnə və azğınlığa düçar olduqdan sonra hicrət, cihad, səbrlə imana dönüb tövbə edən və dinini qoruyanlar.
Mürtəd (dindən çıxanlar) iki qismidir:
1. Fitri mürtəd; Müsəlman ata-anadan doğulub, İslamı qəbul etdikdən sonra küfrə qayıdanlar. Belə bir insan İslam cəmiyyətinə və müsəlmanların əqidəsinə zərbə vurduğundan qətl və müsadirə ilə cəzalanır. Belələrinin tövbəsi qəbul deyildir.
2. Milli mürtəd; Nütfə bətnə düşən zaman ərlə arvad müsəlman olmamışsa, onlardan doğulan şəxs müsəlman olduqdan sonra küfrə qayıtmışsa, belələrinin tövbəsi qəbul olunur.
Amma hər hansı dəlil əsasında istisna vəziyyət yaranmazsa, bu ayədən məlum olur ki, hər iki mürtəd azğınlıqdan sonra hicrət, cihad və səbir əhli olsa bağışlanar.
Bildirişlər
1. Yalnız cihad, səbir və müqavimətlə müşayiət olunan hicrət dəyərlidir. Bu şərtlər ödənmədikdə hicrət yox, fərarilikdən danışmaq olar.
2. Cihad və müqavimət ilahi bağışlanma və rəhmətə çatma səbəbidir.
3. İslamda çıxılmaz vəziyyət yoxdur. İstənilən bir azğınlıq və fitnəni aradan qaldırmaq olar. (Mürtəd də iman gətirib tövbə qıla bilər).

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 110-cu ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 110-cu ayəsi nə haqqındadır?
Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.
Ən-Nəhl surəsi 110-cu ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 110-cu ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 110-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 110-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 110-cu ayənin təfsiri nədir?
"Şübhəsiz, Rəbbin çətinliklərdən sonra hicrət edən və cihada qalxıb sabitqədəmlik göstərənlər üçün bağışlayan və mehribandır.”NöqtələrÖtən ayələrə nəzər saldıqda görürük ki, müsəlmanlar bir neçə dəstədən idilər:1. Kafirlərin işgəncəsi altında canından keçib dillərinə küfr söz gətirməyənlər. Məsələn: Əmmarın ata-anası.2. Qəlbən imanlı olub canını qurtarmaq üçün təqiyyə edənlər. Məsələn: Əmmar.3. İman gətirdikdən sonra kafir, başqa sözlə, mürtəd olanlar.4. Fitnə və azğınlığa düçar olduqdan sonra h...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.