Ən-Nəhl surəsi · 114-cü ayə

Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 114
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"Allahın sizə ruzi etdiyi halal və pak şeylərdən yeyin. Yalnız Ona pərəstiş edirsinizsə, nemətinin şükrünü yerinə yetirin.”
Nöqtələr
İslam həm pak, həm də halal şeylərlə qidalanmağa icazə verir. Şərab və donuz əti kimi şeylər qadağandır. Çünki şərab və donuz əti zatən çirkindir. Öz-özlüyündə pak olan bir şey haram pulla alınarsa, haram hökmündədir.
Əgər nankorluq və peyğəmbərlərin təkzibi qəhr-qəzəb və əzaba səbəb olursa, nankorluq və küfr əvəzində halal nemətlərdən faydalanıb şükür edin.
Bildirişlər
1. İslamda riyazət (nəfsə işgəncə) və rahiblik (guşənişinlik) yoxdur.
2. Hər ələ düşəndən yox, yalnız halal çərçivəsində olandan istifadə etmək olar.
3. Dini göstərişlər insan fitrətinə uyğundur. İnsan təbiətinə uyğun olan qidalardan istifadə etmək olar.
4. İslam dini kompleks dindir, onun göstərişləri də əhatəlidir. Bu dində həm zahiri, həm də batini paklıq şərt sayılır.
5. Əlimizə düşən ruzini öz zirəkliyimizin nəticəsi yox, Allahın hədiyyəsi sayaq.
6. İnsan qarnını doyurmaq xatirinə yox, vəzifəsini yerinə yetirmək üçün yeməlidir.
7. Nemətə şükür etmədən ibadət və bəndəlik yetərsizdir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 114-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 114-cü ayəsi nə haqqındadır?
Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.
Ən-Nəhl surəsi 114-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 114-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 114-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 114-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 114-cü ayənin təfsiri nədir?
"Allahın sizə ruzi etdiyi halal və pak şeylərdən yeyin. Yalnız Ona pərəstiş edirsinizsə, nemətinin şükrünü yerinə yetirin.”Nöqtələrİslam həm pak, həm də halal şeylərlə qidalanmağa icazə verir. Şərab və donuz əti kimi şeylər qadağandır. Çünki şərab və donuz əti zatən çirkindir. Öz-özlüyündə pak olan bir şey haram pulla alınarsa, haram hökmündədir.Əgər nankorluq və peyğəmbərlərin təkzibi qəhr-qəzəb və əzaba səbəb olursa, nankorluq və küfr əvəzində halal nemətlərdən faydalanıb şükür edin.Bildirişlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.