Ən-Nəhl surəsi · 15-ci ayə

Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrətməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).”
Nöqtələr
Dağlar yerin tarazlıqda və aram qalmasına kömək edir. "Məyd” dedikdə sağa-sola hərəkət və iztirab nəzərdə tutulur. "Ən təmidə bikum”, yəni sizin üçün aramlıq səbəbidir və yerin silkələnməsinin qarşısını alır. Həzrət Əli (ə) dağlar barəsində belə buyurur: "Allah yerin tərpənişini böyük dağlar və möhkəm daşlarla sabitləşdirdi.” Dağlar yerdə kök ataraq onun çatlarına yerimişdir.
Yerin iztirabının möhkəm dağlara ehtiyacı olduğu kimi, yer üzü sakinlərinin iztirabının da möhkəm və ilahi insanlara ehtiyacı var. Belə insanlar cəmiyyət üçün aramlıq səbəbidir. Rəvayətlərdə deyilir: "Allah yer əhlini iztirabdan qurtarmaq üçün Peyğəmbər (s) Əhli-beytini yer üzündə sütun qərar vermişdir.”
İnsanın həyatında dağların mühüm rolu var. Onların qoynunda toplanmış qar kütlələri yazda yağışlar üçün mənbə olur. Dağlar müxtəlif formaya malik olduqlarından müsafirlər üçün yol nişanı kimi istifadə edilir. Bir anlıq təsəvvür edin ki, bütün yer üzü hamardır!
Bildirişlər
1. Dağlar kor-koranə təsadüf yox, hikmətli tədbir məhsuludur.
2. Dağlar sabit və möhkəm olduğundan yeri və onun sakinlərini iztirabdan qoruya bilir. (Bəli, cəmiyyəti yalnız sabitqədəm və möhkəm şəxs iztirabdan qurtara bilər.)
3. Dağların qoynundakı enişlər suyun çaylarda axımına səbəb olur.
4. Dağlar ilk baxışdan yol üstə maneə kimi görünsə də, əslində yol göstəricisidir.
5. Dağlar həm zahiri, həm də mənəvi hidayət səbəbidir.
(Dağlar biyabanlarda ən yaxşı yol göstəricisi, eləcə də, allahşünaslıq və Allahın əzəmətinə diqqət yoludur.)

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 15-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 15-ci ayəsi nə haqqındadır?
Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).
Ən-Nəhl surəsi 15-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 15-ci ayənin təfsiri nədir?
"Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrətməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).”NöqtələrDağlar yerin tarazlıqda və aram qalmasına kömək edir. "Məyd” dedikdə sağa-sola hərəkət və iztirab nəzərdə tutulur. "Ən təmidə bikum”, yəni sizin üçün aramlıq səbəbidir və yerin silkələnməsinin qarşısını alır. Həzrət Əli (ə) dağlar barəs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.