Ən-Nəhl surəsi · 24-cü ayə

Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Onlardan "Rəbbiniz nə nazil edib?” soruşulduqda "keçmişlərin əfsanələridir” deyə cavab verərlər.”
Nöqtələr
"Əsatir” sözü ya "usturə” sözünün cəm forması olub hekayə və xurafat əfsanə mənasını bildirir, ya da "əstar” sözünün cəm forması olub əsas nüsxənin surətinin sətirləri mənasını bildirir. Bu söz Quranda 9 dəfə kafirlərin dilindən nəql olunmuşdur. Bütün hallarda "əvvəlin” sözü ilə yanaşı işlənmişdir. Yəni "bu sözlər təzə deyil və əvvəlkilərin quramalarıdır.”
Bugünkü sosioloqların da bəziləri dini cəhalət və xurafatdan qaynaqlanmış cərəyan sayırlar. Bu söz həm də həqiqi dinin üsulunda yer tapmış və həqiqi dinlə heç bir əlaqəsi olmayan xurafatlara işarə ola bilər.
Bildirişlər
1. Peyğəmbərlərin və səmavi kitabların göndərilməsi xalqın hidayət və tərbiyəsi ilə bağlı Allahın rübubiyyət şənindəndir.
2. Təkəbbürlü insanların xasiyyəti qarşı tərəfi təhqir etməkdir. Onlar bəzən əqidə məktəbini, bəzən rəhbəri, bəzən də bütöv bir ümməti təhqir edirlər.
3 Quranın müəyyən bir hissəsi əhvalatlardan ibarət olsa da, bunlar kitab nazil olan xalqın tanımadığı qövmlər və peyğəmbərlər haqqındadır. Bu sayaq əsaslı məlumatları keçmişlərin uydurması saymağa əsas nədir?!

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 24-cü ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 24-cü ayəsi nə haqqındadır?
Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.
Ən-Nəhl surəsi 24-cü ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 24-cü ayənin təfsiri nədir?
"Onlardan "Rəbbiniz nə nazil edib?” soruşulduqda "keçmişlərin əfsanələridir” deyə cavab verərlər.”Nöqtələr"Əsatir” sözü ya "usturə” sözünün cəm forması olub hekayə və xurafat əfsanə mənasını bildirir, ya da "əstar” sözünün cəm forması olub əsas nüsxənin surətinin sətirləri mənasını bildirir. Bu söz Quranda 9 dəfə kafirlərin dilindən nəql olunmuşdur. Bütün hallarda "əvvəlin” sözü ilə yanaşı işlənmişdir. Yəni "bu sözlər təzə deyil və əvvəlkilərin quramalarıdır.”Bugünkü sosioloqların da bəziləri di...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.