Ən-Nəhl surəsi · 27-ci ayə

Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ 16.12.2025
"Allah qiyamət günü onları xar və rüsvay edəcək. O buyurar: "Haqqında höcətləşdiyiniz şəriklərim haradadır?” Alimlər deyər: "Həqiqətən, bu gün zillət və rüsvayçılıq kafirlər üçündür.”
Nöqtələr
Quran baxımından elm və cəhalət bilmək və bilməməkdən daha geniş mənaya malikdir. Bir insan oxuyub-yazmağı bacarmasa da, elm və həqiqət əsasında düşünüb hərəkət edirsə, o, əsl alimdir. Əksinə, bütün elmlərdən xəbərdar olan bir şəxs yanlış əməl edirsə, o, əsl cahildir. Şirk və bütpərəstlik düşüncəsi cəhalət nişanəsidir. Necə ki, Lut qövmünün çirkin əməllərinin kökü cəhalət sayılır. Bu ayədə "Utul-ilmə” dedikdə küfr və şirkə qarşı dayanmış elm adamları nəzərdə tutulur. Yəni həqiqi elm insanı tövhid və imana çatdırır.
Bildirişlər
1. Günahkarlar əsasən qiyamətdə cəzalandırılırlar. Dünyadakı bədbəxtlik onların axirət bədbəxtliyinin müqəddiməsidir.
2. Dünyada möminləri xar sayanlar özləri qiyamətdə xar olar.
3. Dünyada kimin ardınca gedirsənsə, qiyamətdə də bu ardıcıllığın cavabını verməlisən.
4. Qiyamət mühakiməsində müşriklərin deməyə sözləri yoxdur.
5. İnsanı iman və saleh əmələ aparan həqiqi elm Allahın hədiyyəsidir.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 27-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 27-ci ayəsi nə haqqındadır?
Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».
Ən-Nəhl surəsi 27-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 27-ci ayənin təfsiri nədir?
"Allah qiyamət günü onları xar və rüsvay edəcək. O buyurar: "Haqqında höcətləşdiyiniz şəriklərim haradadır?” Alimlər deyər: "Həqiqətən, bu gün zillət və rüsvayçılıq kafirlər üçündür.”NöqtələrQuran baxımından elm və cəhalət bilmək və bilməməkdən daha geniş mənaya malikdir. Bir insan oxuyub-yazmağı bacarmasa da, elm və həqiqət əsasında düşünüb hərəkət edirsə, o, əsl alimdir. Əksinə, bütün elmlərdən xəbərdar olan bir şəxs yanlış əməl edirsə, o, əsl cahildir. Şirk və bütpərəstlik düşüncəsi cəhalət n...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.