Ən-Nəhl surəsi · 32-ci ayə

O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ 17.12.2025
"(Şirk və günah çirkinliyindən) pak olanlara onların canını alan mələklər deyər: "Salam olsun sizə! Gördüyünüz işlərin mükafatı olaraq behiştə daxil olun.”
Nöqtələr
Küfr və şirk əhli haqqında olan ötən ayələrə əsasən, "təyyibin” sözü şirk və günahdan uzaq olan təqva əhlinə işarədir. "Təyyib” dedikdə istənilən kin və qatqıdan uzaqlıq, kamillik və xeyir əməllə zinətlənmə nəzərdə tutulur.
Bildirişlər
1. Bəzilərinin cəzalandırılması və ya mükafatlandırılması ölüm anından başlayır. Rəvayətlərdə deyilir ki, qəbir ya cəhənnəm dərəsi, ya behişt bağıdır.
2. Ölüm yoxluq yox, ruhun çıxarılmasıdır.
3. Mələklər Allahın məmurlarıdırlar. Allahın hər iş üçün məmurları vardır.
4. Pak insanların ölümü mələklərin salamı ilə müşayiət olunur.
5. Salam vermək mələklərin şüarı və ərş ədəbidir. (Salamda dua, salamatlıq, əmin-amanlıq var.)
6. Behişti bəhanəyə yox, bahaya (dəyərinə) verirlər.

Tez-tez Verilən Suallar

Ən-Nəhl surəsi 32-ci ayə haqqında suallar və cavablar

Ən-Nəhl surəsinin 32-ci ayəsi nə haqqındadır?
O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.
Ən-Nəhl surəsi 32-ci ayə hansı surədə yerləşir?
Ən-Nəhl surəsi Quran-ı Kərimin 16-ci surəsidir. Bu surə Məkkəvi surədir və 32-ci ayə Ən-Nəhl surəsinin tərkib hissəsidir.
Ən-Nəhl surəsi 32-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nəhl surəsinin 32-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nəhl surəsi 32-ci ayənin təfsiri nədir?
"(Şirk və günah çirkinliyindən) pak olanlara onların canını alan mələklər deyər: "Salam olsun sizə! Gördüyünüz işlərin mükafatı olaraq behiştə daxil olun.”NöqtələrKüfr və şirk əhli haqqında olan ötən ayələrə əsasən, "təyyibin” sözü şirk və günahdan uzaq olan təqva əhlinə işarədir. "Təyyib” dedikdə istənilən kin və qatqıdan uzaqlıq, kamillik və xeyir əməllə zinətlənmə nəzərdə tutulur.Bildirişlər1. Bəzilərinin cəzalandırılması və ya mükafatlandırılması ölüm anından başlayır. Rəvayətlərdə deyilir k...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.